Icma.az
close
up
RU
Güclü dövlət, qalib xalq və qüdrətli partiya ŞƏRH

Güclü dövlət, qalib xalq və qüdrətli partiya ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir Azərbaycan Respublikasında azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, Yeni Azərbaycan Partiyası və ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri ilə birbaşa bağlıdır.

1992-ci ilin noyabrın 21-də Naxçıvanda təsis konfransının keçirilməsindən sonra Azərbaycan siyasi həyatına vəsiqə qazanan Yeni Azərbaycan Partiyası ölkənin dövlət müstəqilliyinin qorunub saxlanılmasında qətiyyətli addımlar atmağa başladı. Ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi vəziyyətdən demokratik yolla xilas olmaq üçün xalqın ümummilli lider Heydər Əliyevin başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu gerçəkləşirdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının arzu və istəyi ilə iqtidara gəldikdən sonra dövlət müstəqilliyini möhkəmləndirmək üçün qətiyyətli tədbirlərə başladı.
Ötən illərdə Yeni Azərbaycan Partiyası böyük və şərəfli bir yol keçərək bir-birindən əhəmiyyətli uğurlara imza atmışdır. Partiya Azərbaycan dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyev ölkədə iqtisadi və siyasi islahatların həyata keçirilməsi üçün, ilk növbədə, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirdi. Ulu Öndərin rəhbərliyi və bu partiyanın fəal iştirakı ilə 1993–2003-cü illərdə həyata keçirilən islahatlar nəticəsində müasir Azərbaycan dövlətinin formalaşması prosesinin ilkin mərhələsi başa çatdı.
Ötən 34 ildə ictimai həyatın bütün sahələrində ciddi tarixi nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.
Bu gün möhtərəm prezidentimiz, cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişaf etməsi üçün partiya üzvləri də xüsusi fəallıq göstərirlər. İndi Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. Müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsi istiqamətində mühüm addımlar atılır.
Fəxr edirik ki, biz bu yubiley tədbirini artıq qalib xalq kimi qeyd edirik. Partiyanın Sədri, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz erməni işğalına son qoydu. Tarixi ədalət bərpa edildi, BMT qətnamələrinin tələbləri ölkəmizin öz gücünə yerinə yetirildi. Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində bölgədə yeni reallıqlar yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 20 ildə bu günə doğru gedirdik. Beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirildi. Siyasi müstəvidə aparılan uğurlu fəaliyyət nəticəsində bütün dünya haqlı tərəfin biz olduğumuzu qəbul etməyə başladı. İqtisadi sahədə aparılan islahatlar uğurlu nəticələrə yol açdı. İqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyimizin möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynadı.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın inkişaf tarixində mühüm mərhələ kimi yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran yeni vəzifələri, müasir dövrün çağırışlarını və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Qurultayda qəbul edilən qərarlar, partiyanın strukturunda və fəaliyyət istiqamətlərində həyata keçirilən yeniliklər YAP-ın müasir siyasi proseslərə uyğunlaşmaq, təşkilati potensialını gücləndirmək və cəmiyyətin inkişafında fəal iştirak etmək əzmini bir daha nümayiş etdirmişdir. Bu qurultay partiyanın yeniləşmə və güclənmə strategiyasının mühüm tərkib hissəsi olmuşdur.
34 illik yubileyini qeyd edən partiyamız təkcə bu günlə yox, həm də daha çox gələcəklə yaşayır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyamız yeni çağırışlara adekvat cavab verir. Son qurultayda həm Nizamnamədə, həm strukturda aparılan islahatlar bir daha göstərdi ki, partiyamız davamlı olaraq yeniləşir, güclənir, üstün çevikliyi ilə seçilir.
Bütün bu vəzifə və öhdəliklər bizi daha fəal və təşəbbüskar olmağa, peşəkarlıq səviyyəmizi artırmağa, layiqli vətəndaşlar yetirməyə səsləyir. İnanırıq ki, Azərbaycan xalqını xoş gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcəkdir.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri