Altaylı idmanı “zərərli” adlandırdı
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyəli jurnalist Fatih Altaylı qatıldığı verilişdə idmanın insan sağlamlığına təsirləri ilə mübahisəli fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, o, ağır və həddindən artıq yüklənmə tələb edən idman növlərinin orqanizmi ciddi şəkildə aşındırdığını müdafiə edib.
Müzakirə zamanı Altaylı deyib: "İdman yaxşı bir şey deyil. Onunla məşğul olanların böyük hissəsi 50-60 yaşında dünyasını dəyişir. Uzun ömür sürən idmançı yoxdur". İnternet mağaza
F,Altaylı insan anatomiyasının ağır fiziki yüklənmələrə uyğun olmadığını irəli sürüb. O, fikrini əsaslandırmaq üçün "Qaçmaq üçün yaradılmış olsaydıq, hələ də dörd ayağımızın üzərində olardıq, elə deyilmi" sualını ünvanlayıb.
Fatih Altaylı insan bədənini daim istifadə olunduqca sıradan çıxan avtomobilin qapı dəstəyinə bənzədərək, ağır idmanın dizlərə, belə və oynaqlara ciddi zərər verə biləcəyini qeyd edib. Bununla belə, jurnalist hərəkətsizliyi müdafiə etmədiyini də bildirib. O, qarşı çıxdığı məqamın məhz ağır və həddindən artıq idman olduğunu vurğulayaraq, gəzinti, üzgüçülük və yüngül fiziki məşqlərin insan sağlamlığı üçün faydalı olduğunu diqqətə çatdırıb.
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















