Pop ulduzu Martin Skorsezenin filmində
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pop ulduzu Çarli XCX musiqi karyerasından sonra kino sahəsində də diqqət çəkən addımlar atır.
Kulis.az xəbər verir ki, müğənni Martin Skorsezenin “What Happens at Night” adlı yeni filmində kiçik rolla tamaşaçıların qarşısına çıxacaq.
Qotik atmosferli psixoloji qorxu filmi Skorsezenin son illərdəki ən maraqlı layihələrindən biri hesab olunur. Ekran əsərində Leonardo Di Kaprio və Cennifer Lourens evli amerikalı cütlüyü canlandırırlar. Onlar övladlığa uşaq götürmək üçün kiçik Avropa şəhərinə yollanırlar. Lakin cütlük məqsədinə çatmağa çalışdıqca ətraflarındakı insanlar və baş verən hadisələr getdikcə daha müəmmalı görünməyə başlayır.
Filmin aktyor heyətində Mads Mikkelsen, Patrisiya Klarkson və Cared Harris də yer alır. Çarli XCX-nin iştirakı isə onun musiqidən kinoya keçidinin davam etdiyini göstərir. Müğənni bundan əvvəl də kino layihələrinə qatılıb və yeni rollarla aktyorluq imkanlarını genişləndirməyə çalışıb.
Filmin nümayiş tarixi hələ açıqlanmayıb.
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah" Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















