Portuqaliya Prezidenti Ermənistanla sülh gündəliyinin irəli aparılmasına görə İlham Əliyevi TƏBRİK ETDİ
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Portuqaliya Prezidenti, ilk növbədə, dövlətimizin başçısına Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlətimizin başçısı Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək, ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğuladı.
Görüşdə Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının, siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















