Portuqaliyadakı funikulyor qəzasında həlak olanlar arasında 3 britaniyalı var
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 6 sentyabr, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda baş verən dəhşətli funikulyor qəzasında həlak olan 16 nəfərdən 3-ü Böyük Britaniya vətəndaşıdı.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, polisin açıqlamasına görə, ölənlər arasında 5 portuqaliyalı, 3 britaniyalı, 2 cənubi koreyalı, 2 kanadalı, həmçinin Fransa, İsveçrə, Ukrayna və ABŞ-dan bir nəfər var. Qəza nəticəsində 20-dən çox insan yaralanıb.
Baş nazir Luis Monteneqro bu faciəni ölkənin son dövrlərdə yaşadığı ən böyük fəlakətlərdən biri adlandırıb. Hadisə həm də Lissabonun turizm sektoruna ciddi zərbə vurub. Qəzanın baş verdiyi 140 illik “Gloria” funikulyoru şəhərin ən populyar turistik nəqliyyat vasitələrindən biri idi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















