Icma.az
close
up
RU
Portuqaliyalı qolkiper: İsrail çempionatı Azərbaycan Premyer Liqasından güclüdür MÜSAHİBƏ

Portuqaliyalı qolkiper: İsrail çempionatı Azərbaycan Premyer Liqasından güclüdür MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Kəpəz"in sabiq qapıçısı Rojerio Santos Sportal.az saytına müsahibə verib. Hazırda İsrail yüksək liqasında yarışan “İroni Tiberias”ın əsas qapıçısı olan portuqaliyalı Azərbaycana geri qayıtmaq ehtimalından da söz açıb.

- İsraildə işlərin necə gedir? "İroni Tiberias"ın hazırda əsas qapıçısı sənsən...

Bəli, hər şey yaxşı gedir. Komandam üçün ən yaxşısını etməyə çalışıram. Oktyabrda İsrail çempionatının ən yaxşı qapıçısı seçilmişdim.

- İsraildə məlum vəziyyətə görə, çempionat da dayanmışdı. Həmin anlar necə keçdi? Oyunlara, məşqlərə təhlükə altında çıxırsız?

Bura gəldiyimdən bəri heç vaxt təhlükədə olduğumu hiss etməmişəm. Məşqə və ya oyunlara maşınımda gedərkən heç bir problem hiss etmirəm.

- İsrail çempionatını Azərbaycan Premyer Liqasından fərqləndirən hansı detallar var? İsrail liqasını daha güclü hesab edirsən?

İsrail liqası güclüdür. Üstəlik, görə biləcəyim fərqlərdən biri də odur ki, oyunlarda stadionda çoxlu azarkeş olur. Bəzən stadionda təxminən 20-30 min adam olur. 

- Azərbaycan Premyer Liqası sənin üçün necə yadda qalıb? Hansı matçlar, hansı rəqiblər...

“Sabah” və “Neftçi” iki güclü komandadır. Amma biz onlara qarşı birdən çox qələbə qazana bilmişdik. Həmin görüşləri də yaxşı xatırlayıram.

- Ümumiyyətlə, yenidən Azərbaycan çempionatında oynamaq sənin üçün realdır? Təklif gələrsə, buna müsbət yanaşarsan?

Hazırda İsraildə özümü xoşbəxt hiss edirəm. Gələcək isə həmişə naməlumdur. Əslində, mən Azərbaycanda da həqiqətən həmişə xoşbəxt olmuşam.

- "Kəpəz"i izləyirsən?  Onlar yenə sonuncu pillədədir. Səncə, vəziyyət düzələcək? Ümumiyyətlə, nəyə görə "Kəpəz"də qalmadın?

Bəli, “Kəpəz”in matçlarına da baxıram. Təbii ki, eyni vaxtda oyunlarımız yoxdursa, belədir. İnanıram ki, "Kəpəz"in işləri daha da yaxşı olacaq.

- Sənin üçün Tiberias şəhəri maraqlıdır, yoxsa Gəncə daha maraqlı idi?

Tiberias və Gəncə dinc, sakit şəhərlərdir. Fərq ondadır ki, burada böyük şəhərə maşınla bir saat yarım məsafədədir. Gəncədə isə Bakıya getmək təxminən 5 saat çəkir.

- Komanda yoldaşların arasında Fares Abu Akel də var. O vaxtı ilə "Qəbələ"də çıxış edib. Onunla Azərbaycan futbolu haqda danışırsız? 

⁠Bizim Azərbaycan futbolu haqqında danışmaq imkanımız yoxdur.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri