Icma.az
close
up
RU
Postqələbə mərhələsi və ya ideoloji işğalın sonu

Postqələbə mərhələsi və ya ideoloji işğalın sonu

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Siyasət mürəkkəb prosesdir. Siyasi proseslərin iştirakçıları da çox fərqlidir.

Bəli, siyasət oyundur; əsasında duran əsas qaydalar isə, şahmatla səsləşir. Ancaq siyasəti oyun kimi düşünəndə bəzilərinin təxəyyülündə ya bildiyiniz rəqs canlanır, ya da əlbəyaxa döyüş növləri. Əslində isə bu oyun - dərin zəka, dəmir iradə, sabit daxili konstitusiya və çevik təfəkkür tərzi tələb edir. Bu da hamıda olmur.

Buna görə siyasətin iştirakçılarını şərti olaraq üç qrupa bölərdim: siyasi oyunçular, siyasi oyunbazlar və siyasi oyuncaqlar.

Birinci qrupa mənsub siyasətçilər öz ölkəsinin, hakimiyyət mandat aldığı xalqın maraqlarını öndə tutur, özünün prinsipləri və xarakteri var. O, təsirə düşmür, özü təsir yaradır, özü situasiya yaradır və ya onun iradəsi xaricində yaradılan situasiyanı öz ölkəsinin xeyrinə yönəldir və sair. Örnəyin: Azərbaycan torpaqlarındakı 30 illik xarici işğal rejiminin 44 gün ərzində diz çökdürülməsi. Başqa misallar da çəkmək olar. Bunu həyata keçirən şəxs, siyasətçi olaraq həm özü situasiya yaradıb, həm də əlverişli xarici faktorlardan öz ölkəsinin xeyrinə yararlanıb. Bu, siyasi oyun ustalığıdır.

Ancaq siyasi oyunbazlar və ən pisi olan siyasi oyuncaqlar xarici ideoloji, yaxud situativ təsirlərə tez düşürlər və nəticədə bilərəkdən, ya da bilməyərəkdən, ölkəsinin əleyhinə işləməyə başlayırlar. Biz bunun nümunələrini Azərbaycanda, Azərbaycanın daxili siyasətində də görürük.

Azərbaycan xalqı 1988-1990-cı illərdə Sovet rejimindən mənən qopmuşdu. 1991-ci ilin avqustunda Müstəqillik haqqında bəyannamə ilə, oktyabrda isə Müstəqillik haqqında Konstitusiya Aktı ilə siyasi olaraq da ayrıldı. Müstəqil Azərbaycan Respublikası yaradıldı. Bu siyasi ayrılmanı real məzmunla doldurmaq- iqtisadiyyatı ayırmaq və şaxələndirmək xəttinin əsası isə 1994-cü ildə "Əsrin müqaviləsi" ilə qoyuldu.

Bəli, ölkə müstəqil oldu, dövlətin siyasəti müstəqil oldu, amma bəlli olur ki, ölkənin siyasətçilərinin heç də hamısı müstəqil olmadı, olmaq da istəmədi. 34 illik müstəqil dövlətçilik dövründə də hələ də xaricdən idarə olunan, xarici mərkəzlərin direktivlərinə düzlənən siyasətçilər, eləcə də, pərdəarxası oyunbazlıqla özünə siyasi avtoritet quraşdırmış adamlar var. Ramiz Mehdiyevlə bağlı ortaya çıxan məsələlər, həmçinin onun adı ətrafına toplanıb, solğun siyasi kölgəsinə sığınanların adları da bunu göstərir.

Ramiz Mehdiyevin fantom komandasında cəmləşənlərin kimliyi ətrafında gedən müzakirələrdə ölkənin müstəqilliyi ilə assosiasiya olunan siyasi partiya mənsublarının adlarının çəkilməsi isə çox sarsıdıcıdır. Müstəqillik, demokratiya, insan hüquqları, azadlıqlar uğrunda savaşan, yaxud bu düşüncədə olan heç bir kəs ölkənin ideoloji işğalına könül vermiş bir tipik Sovet məmuru ilə eyni yolun yolçusu ola bilərmi?! Buna inanmaq asan deyil. Bəzi media orqanları elə adlar çəkir ki, yer adamın ayağının altından qaçır.

Ölkədə çox mühüm proses gedir; müstəmləkə olmaqdan qurtulmuş bütün məmləkətlərdə, bütün azadlıqsevər xalqlar bu yolu keçib. Köhnə ideoloji görüşlərin - köhnəlmiş siyasi mexanizmlərin sındırılması prosesidir bu. Asan deyil, ancaq bu yol keçilməlidir. İstər iqtidar düşərgəsində, istər müxalifət düşərgəsində çox daşlar yerindən oynayıb, çox steretiplər sındırılır, bütlər qırılır. Bunlar normal, sağlam, hətta, mən deyərdim, bir az sanki gecikmiş addımlardır. Gecikməsi də səbəbsiz deyildi; dövlət əvvəlcə öz ərazi bütövlüyünü və suverenliyini təmin etməli və möhkəmləndirməli idi. Hərbi işğala son qoyduqdan sonra ideoloji işğalın qalıqları da aradan qaldırılmalı idi. Azərbaycan prezidenti hərbi işğala qarşı savaşda Silahlı Qüvvələrin Ali Baş Komandanı statusundan yola çıxaraq - bu səlahiyyətlərlə bu məsuliyyəti üzərinə götürmüşdü. Cəmiyyət də onun yanında, ordu əmrində hərəkət edirdi. Bu dəfə isə dövlət rəhbəri siyasi-ideoloji qüvvələrin Ali Baş Komandanıdır: səlahiyyəti qədər məsuliyyəti də böyükdür.

Mətləbi çox da uzatmaq istəmirəm. Çox ölkələrin tarixindən və bugünündən misallar gətirmək olar. Qardaş Türkiyənin misalı ilə kifayətlənək. Bu dövlət, bəli, müstəqil idi. Ancaq siyasəti də, mediası da, ordusu da, iqyisadiyyatı da, ideoloji sistemi, hətta inanclı kəsimləri də xarici mərkəzlərin əmrində idi. Bu qəliz və təhlükəli reallıq indiki iqtidarın tək və güclü partiya olaraq hakimiyyətə gəlməsi ilə sona çatdı. Azərbaycanda da hələ də xaricdən idarə olunan qruplar, indvidlər var. Buna qarşı dövlət öz iradəsini ortaya qoyubsa, deməli, məntiqlə xalq 2020-ci ildə olduğu kimi, yenə də öz rəhbərinin xəttinə dəstək verəsidir. Bu, təkcə təhlükəsizlik orqanlarının, istintaqın, məhkəmənin, tək dövlətin işi deyil, cəmiyyətin ən azı mənəvi dəstəyi olmasa, proses yenə də öz halal sonluğuna çata bilməz. Ölkədə çox şey yaxşıya doğru dəyişməlidir, bu, çox mühüm sosial sifarişdir. Deyirdik ha, qələbədən sonra çox dəyişikliklərə ehtiyac var (hətta gecikir deyə narahat olurduq!), bax, həmin o çox şeylərin dəyişmə məqamına-həmin tarixi ana yetişmişik. Hər halda mən şəxsən belə görürəm.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Oktyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri