Icma.az
close
up
RU
“Postsovet məkanında Şimali Koreyadakı kimi bir rejim qurmaq mümkün deyil, çünki...”

“Postsovet məkanında Şimali Koreyadakı kimi bir rejim qurmaq mümkün deyil, çünki...”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Xaricdən və ya daxildən hansısa təhlükələr olarsa, Çin rejimi çox asanlıqla totalitar, hərbi xunta rejiminə keçə bilər...”

"Afrikanın belə ölkələrinə daha çox maraq göstərən məhz Rusiya və Çin kimi dövlətlərdir. Çünki həmin rejimlərlə çox rahat dil tapırlar...”

“Əvvəla, Pinoçet rejimi bunlar qədər qəddar olmayıb, ikincisi də korrupsioner və kleptokratik olmayıb və nəhayət, azad və ədalətli seçki keçirərək hakimiyyəti təhvil verib...”

Suriya xalqını totalitar irsi diktatura rejimində, amansız sosial əzab-əziyyət, zülm, həbslər, repressiyalar içərisində saxlayan 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi nəhayət, çökdü. Və bundan sonra suriyalıların azad, demokratik, insan haqlarının qorunduğu, hüquqi, ədalətli bir dövlət qurmaq şansları böyükdür... 

Fəqət, təəssüf ki, Yer üzündə hələ də bir sıra diktatura, avtoritar, totalitar rejimlər Rusiya və Çin kimi iri totalitar dövlətlərin real dəstəyi, eləcə də Qərbin, Avropanın, ABŞ-nin bəzən səbatsız, ləng,  məntiqsiz, bəzən də öz maraqlarına uyğun çoxüzlü, riyakar siyasətləri nəticəsində mövcudluqlarını davam etdirirlər... 

Hazırda dünyadakı ən amansız totalitar, diktatura rejimlərindən biri də  “Xalq Demokratik Respublikası” adlanan Şimali Koreyadakı Kim Çen In rejimidir. Bəs  Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı?  Burada yalnız SSRİ və Çinin rolu oldumu? Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir? Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər?  Və yaxud Kim rejimini kim yıxa bilər?..

Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az oxucuları üçün siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu ilə silsilə söhbətlərimizi təqdim edirik:

(Əvvəli burada: )

Sual:

-Bundan sonra hansısa ölkədə Kim rejimi tipli bir rejim formalaşa bilərmi? 

Cavab:

“Şimali Koreyadakı Kim rejimi tipli rejimlərin formalaşması hər zaman mümkün olub və bundan sonra da hər zaman mümkündür.  Yəni gözümüzün önündə Suriyadakı Əsəd rejimi çökdü, nəticədə onun bir çox cinayətləri üzə çıxdı. Və ondan sonra biz anladıq ki, bu rejim  heç də Kim rejimindən zəif rejim deyilmiş. İnsanlara qarşı amansızlığı, qəddarlığı, totalitarlığı və kriminallaşması  baxımından... Bəs belə rejimlər planetin hansı bölgələrində qurula bilər? Hesab edirəm ki, riskli bölgələr yetərincədir. Bunlardan biri cənub-şərqi Asiya bölgəsidir - elə həmin Koreyanın yerləşdiyi ərazilər... Çinin özündə də Kim rejimi tipli bir rejimin formalaşması mümkündür. Xaricdən və ya daxildən hansısa təhlükələr olarsa, Çin rejimi çox asanlıqla totalitar, hərbi xunta rejiminə keçə bilər. Bunun üçün bütün resursları da var. Həmçinin Hindistanda da belə bir rejimin qurulması mümkündür...

Digər riskli regiona Yaxın Şərqin ərəb ölkələri daxildir. Həmin ölkələrdə də, hesab edirəm ki, təsvir etdiyimiz potensial mövcuddur... 

Və üçüncü riskli bölgə postsovet məkanıdır. Amma postsovet məkanında Kim rejiminə bənzər qəddar, həm də səlist və dəqiq işləyən bir rejim qurmaq qeyri-mümkündür. Çünki sovet rejimi insanları intizamsızlığa öyrədib. Şimali Koreyadakı tipli rejim qurmaq isə çox ciddi intizam və icraçılıq tələb edir. Bu baxımdan keçmiş Sovetlər məkanında belə rejimlərin formalaşması ehtimalı daha azdır...

Latın Amerikası regionu isə artıq o mərhələdən çıxıb. Məsələn, hətta Kubadakı və yaxud Nikaraquadakı rejimlər də heç bir halda Kim rejimi ilə müqayisə oluna bilməz. Yəni Cənubi Amerikada bu tendensiyalar əsasən ötən əsrin 60-70-ci illərində olubdur. O zaman orada hamısı solçu, totalitar, avtoritar rejimlər idi. Paraqvayda Stroesner diktaturası var idi, Nikaraquada San Dinistlər diktaturası var idi. Ondan əvvəl Nikaraquada ABŞ tərəfdarı olan Samosa diktaturası var idi ki, orada da 40-ci illərdən başlayaraq hakimiyyətin atadan oğula, oğuldan qardaşa keçidi modeli olmuşdu. Bir sözlə, düşünürəm ki, o region artıq bundan keçib. Məsələn, biz gördük ki, Venesuelada Şimali Koreyadakı kimi rejim qurmaq mümkün olmadı. Hətta orada son seçkilərin saxtalaşdırılmasına bir çox qonşu Cənubi Amerika ölkələri də açıq şəkildə etiraz elədilər və Maduro rejimini tanımadılar... 

Sual yarana bilər ki, eyni regionda – Çilidə mövcud olmuş Çili rejimindən niyə danışmırıq. Əvvəla, Pinoçet rejimi bunlar qədər qəddar olmayıb, ikincisi də korrupsioner və kleptokratik olmayıb və nəhayət, azad və ədalətli seçki keçirərək hakimiyyəti təhvil verib. Ən əsası da Çili həmin rejimin iqtisadi siyasəti nəticəsində Cənubi Amerikanın ən inkişaf etmiş ölkəsinə çevrilib. Bu mənada o, tamamilə fərqli rejim olub, baxmayaraq ki, mahiyyət etibarilə hərbi xunta rejimi idi...

Beləliklə, artıq Latın Amerikasında həmin o transformasiya baş veribdir və o mərhələ tarixdə qalıbdır. Ancaq bir məqam var ki, bütün bu tipli rejimlər ölkələrdəki iqtisadi tənəzzülün nəticəsində qurulur. Bu mənada heç bir variantı istisna etmək olmaz, özəlliklə də geo-siyasi proseslərin indiki isti mərhələsində... Düzdü, bugünkü dünyada belə rejimlərə qarşı səfərbər olunmuş demokratik sivil dünya mövcuddur ki, o bütün mümkün vasitələrlə bu tendensiyanın qarşısını almağa çalışır. Amma hər bir halda bu nəzəri baxımdan mümkündür....

Qaldı Afrikaya, mən həmin qitənin adını ona görə çəkmədim ki, orada belə rejimlər bu günədək mövcuddur. Xüsusən də mərkəzi və bir sıra qərbi Afrika ölkələrində... Onlar arasında elə ölkələr var ki, bir il ərzində iki-üç hərbi çevriliş baş verir və bir-birinin ardınca həmin ölkələri idarə edən hərbi xuntalar gəlir. Orada Sudan, Eritreya, Somali, Malidə və s. Kim rejimi tipli rejimlər var.  Və gördüyümüz kimi, Afrikanın belə ölkələrinə daha çox maraq göstərən məhz Rusiya və Çin kimi dövlətlərdir. Çünki həmin rejimlərlə çox rahat dil tapırlar...”

Söhbətləşdi:

Sultan Laçın 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri