Icma.az
close
up
RU
Praqa Azərbaycan Mədəniyyət Evində sərgi Foto

Praqa Azərbaycan Mədəniyyət Evində sərgi Foto

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Praqa Azərbaycan Mədəniyyət Evində “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərginin açılışı olub. Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” ASC və Praqada fəaliyyət göstərən “Halama” Çex Kristal şirkətinin təşkilatçılığı ilə baş tutub.

Axar.az xəbər verir ki, sərgidə Azərbaycanın dünyaca məşhur, zəngin mədəni, milli-mənəvi sərvətimiz olan xalça nümunələri və “Halama”nın Çexiya əl şüşə sənətinə məxsus maraqlı əsərləri nümayiş olunur.

Tədbirdə Çex Respublikası Hökumətinin və Parlamentinin üzvləri, Çexiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri, Çexiyadakı Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və yerli mətbuatın nümayəndələri iştirak edib.

“Natəvan” Cəmiyyətinin sədri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri, sərginin ideya müəllifi Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib, bu məzmunun həm Azərbaycan, həm də Çexiya tərəfindən dərhal dəstəklənməsindən məmnunluğunu ifadə edib:

“Xalça xalqımız üçün böyük tarixi keçmişə malik, əsrlərdir dəyişilməyən və inkişaf edən çox qiymətli mənəvi irsdir. Dünyada şöhrət qazanan Çex büllur sənəti nümunələri ilə qədim xalçalarımızın bir arada nümayişi mədəni harmoniyanın ən gözəl əksidir”.

“İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” sərgisinin əhəmiyyətindən danışan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov qədim tarixə malik milli xalçaçılıq sənəti və Azərbaycandakı xalçaçılıq məktəbləri barədə geniş məlumat verib. Xüsusilə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərinin yaranmasından və bu sənətə verdiyi qiymətli nümunələrdən söz açıb:

“Praqa Azərbaycan Mədəniyyət Evində təşkil olunan sərgi xalçaçılıq sənətimizin Avropada tanıdılması üçün böyük fürsətlər yaradır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mədəniyyətin insanlar və xalqlar arasındakı əlaqələri möhkəmləndirdiyinə diqqət çəkib, xaricdəki Azərbaycan Evlərinin bu sahəyə verdiyi töhfələrdən danışıb:

“Sənət sərhəd tanımır və sənətlə, zəngin tariximizlə bağlı olan bu mühüm tədbir ənənələri müasir istiqamətlərdə yaşatmağın, xalqlarımız arasında mədəni mübadilənin dərinləşməsinin bariz nümunəsidir. Cənab Prezidentin tapşırıqları əsasında xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinin hər birində ana dilinin tədrisi ilə yanaşı, tarix və mədəniyyətimizin də geniş təbliği həyata keçirilir. Azərbaycan Evləri təkcə soydaşlarımız üçün deyil, həm də yerli əhali üçün mədəni mərkəz rolunu oynayır, xalqlar və dövlətlər arasında birliyin daha da möhkəmlənməsinə şərait yaradır. Bu mənada bugünkü sərginin Azərbaycan Evində keçirilməsinin əhəmiyyəti böyükdür”.

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev çıxışında bildirib ki, Bu sərgini iki xalqın qiymətli sənət nümunələrinin harmoniyasının yaradılması baxımından yüksək qiymətləndirirəm.

“Halama” Çex Kristal Şirkətinin rəhbəri Robert Halama rəhbəri olduğu şirkətin fəaliyyəti barədə danışıb, Azərbaycan və Çexiyanın qədim mədəniyyətlərinə diqqət çəkib, sərginin mədəniyyətlərarası inkişafa əvəzsiz töhfələr verəcəyini vurğulayıb.

Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun xalça daxildir. Həmin tarixi sənət nümunələri, eləcə də Çex büllurları izləyənləri heyran edib.

Açılış mərasimində Azərbaycan xalçaçılıq sənəti, Çex büllurları və diaspor fəaliyyəti mövzusunda videoçarxlar nümayiş olunub.

Sərgi mədəni hissə ilə davam edib. 2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın ifasında səslənən Azərbaycan və Çex musiqiləri zövqləri oxşayıb.

“İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərgi bir ay davam edəcək. Praqa Azərbaycan Mədəniyyət Evinin qapıları hər kəsin üzünə açıqdır, soydaşlarımız, yerli sakinlər və şəhərin qonaqları bu əsrarəngiz sərgiyə tamaşa edə bilərlər.

Qeyd edək ki, Praqa Azərbaycan Evi 2024-cü il noyabrın 6-da açılıb və fəaliyyətə başladığı gündən burada təşkil olunan saysız-hesabsız tədbirlər Çex Respublikasındakı Azərbaycan icmasının və yerli cəmiyyətin əlaqələrinin inkişafında böyük rol oynayıb.

Hazırda 18 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir, həmin evlər soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Fevral 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri