Icma.az
close
up
RU
Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb

Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Praqa, 25 may, AZƏRTAC

Çexiyanın paytaxtında Marqarita Kərimova-Sokolovanın “İncəsənət səyyahları” adlı sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın Müstəqillik Gününə və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilib.

Təntənəli açılış mərasimi Azərbaycanın Dövlət himninin alt ifasında solo çıxışla başlayıb. Bu əsər əvvəllər təqdim olunmayan unikal formatda səsləndirilib. Pardubetsk Kamera Orkestrinin alt ifaçısı Elnarə Tağızadə Üzeyir Hacıbəylinin digər əsərlərini də təqdim edib. Bu musiqilər şərq musiqi ənənəsi ilə qərb klassik formasının sintezi kimi dünyaya tanınır.

Açılış nitqində Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyim müəllifi olduğu bu layihənin konsepsiyasından danışıb və Hacıbəyli qardaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasındakı rolunu qeyd edib.

“O azadlıqsevər, müstəqil “incəsənət səyyahları” bir dildə danışırlar və bu dil sərhəd tanımır”, – deyə o bildirib.

Bu dil Azərbaycan rəssamının hər bir əsərində səslənir, Şərqlə Qərbi, keçmişlə bu günü birləşdirir.

Beynəlxalq mükafatlar laureatı M. Kərimova-Sokolovanın illüstrativ ekspozisiyası azadlıqsevər şairlərin, yazıçıların, musiqiçilərin və mütəfəkkirlərin ruhunun canlı təcəssümünə çevrilib. Onların sənət yolundakı sözü əsrləri adlayaraq bu günə gəlib çatıb.

Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Karel Hinek Maxa, Nazim Hikmət, Maqsud İbrahimbəyov, Əminə Dilbazi, Cövdət Hacıyev, Qoya və Velaskes, baron Münhauzen — rəssamın əsərlərindəki bu qəhrəmanların hər biri qonaqları bədii və fəlsəfi bir səyahətə dəvət edirdi.

Ekspozisiyada “Səyyahlar” adlı qrafik silsilə xüsusi yer tutub. Bu əsərlər insanın daxili və mədəni səfərlərinə, ümumbəşəri təcrübəyə həsr olunub.

Sərgidə, həmçinin Dmitri Dadaşidzenin tərcüməsində Azərbaycan poeziyasının antologiyasına və Nadejda İsmayılovanın hekayələrinə çəkilmiş illüstrasiyalar nümayiş olunub.

Tədbirin qonaqları arasında təkcə Azərbaycan diasporunun nümayəndələri deyil, digər xalqlardan, habelə Çexiyadakı Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri də olub. Həmçinin Praqada və onun hüdudlarından kənarda tanınan şairlər, yazıçılar, rəssamlar, diplomatlar iştirak ediblər.

Onlar uzun müddət tədbirdən ayrılmayıb, maraqlı suallar verib, tarda və fortepianoda ifalarla çıxış edib, layihənin müəlliflərinə heyranlıqlarını ifadə ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri