Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Praqada Beynəlxalq Diaspora Mərkəzinin layihəsi

Praqada Beynəlxalq Diaspora Mərkəzinin layihəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin oktyabr ayında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərində “Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi” layihəsi çərçivəsində genişmiqyaslı sərgi keçirilmişdir. Tədbir şəhərin mərkəzində yerləşən Křížovnické náměstí (“Xaçlı Meydanı”) meydanında baş tutmuşdur.

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev sərginin əsas məqsədinin deportasiya ilə bağlı tarixi sənədləri və faktları dünya ictimaiyyətinə təqdim etmək, eyni zamanda vandalizm və mədəni irsə qarşı hücumlar barədə Praqa sakinlərinə və şəhəri ziyarət edən turistlərə geniş məlumat çatdırmaq olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, layihənin əsas hədəfi qaçqınların doğma yurdlarına qayıdışı ilə bağlı Avropa təcrübəsini öyrənmək, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində təkliflər hazırlamaqdır.

Sərgidə deportasiya mövzusuna dair ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendlər, kitab və broşürlər nümayiş olunmuşdur. Xüsusilə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadənin illər boyu qoruyub saxladığı Qərbi Azərbaycanla bağlı materiallar və Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanovun kitabları ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Sərgiyə “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – Dünyanın Xalqları Alyansı”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, Çexiyanın sabiq təhsil naziri Vladimír Balaš, parlamentin keçmiş senat üzvü Marcel Chládek və digər tanınmış ictimai xadimlər də qatılmışdır. Tədbirin təşkilində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni, “Land of Fire” diaspora təşkilatının təsisçisi və Azərbaycan Diasporasının Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev, eləcə də diaspora fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər fəal iştirak etmişlər.

Sərgi zamanı maraqlı bir hadisə də baş vermişdir: özlərini turist kimi təqdim edən iki erməni ziyarətçilərə Qərbi Azərbaycan və Qarabağla bağlı saxta məlumatlar yaymağa cəhd etmiş, lakin Beynəlxalq Diaspora Mərkəzinin fəalları və soydaşlarımız onların bu təxribat xarakterli cəhdlərinin qarşısını dərhal almışlar. Tədbir sonda xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.

Layihə çərçivəsində fəaliyyətlər növbəti günlərdə də davam etmişdir. Sonrakı günlərdə Beynəlxalq Diaspora Mərkəzinin nümayəndə heyəti – sədr İsmayıl Ağayev, İdarə Heyətinin üzvü Rauf Zeyni və Azərbaycan Diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Koordinatoru Fərid Əmirəliyev – Çexiya Respublikasının Senatında bir sıra rəsmi görüşlər keçirmişdir. Görüş zamanı Çexiyanın keçmiş təhsil naziri, Senatın sabiq üzvü Marcel Chládek və Senatın Təhsil, Elm, Mədəniyyət, İnsan Hüquqları və Sosial Məsələlər üzrə Komitəsinin birinci katibi Jana Hauserová ilə geniş fikir mübadiləsi aparılmışdır.

Qeyd olunmuşdur ki, Senatın İnsan Hüquqları Bürosu Beynəlxalq Diaspora Mərkəzinin fəaliyyəti və təqdim etdiyi materiallar barədə bütün senat üzvlərinə məlumat verəcək, həmçinin “Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı: Avropa təcrübəsi” mövzusunda tövsiyələr hazırlayacaq. Görüş zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən Qərbi Azərbaycanla bağlı xalça, bukletlər, “Qərbi azərbaycanlıların qayıdış konsepsiyası”na dair film, kitablar, suvenirlər və Qərbi Azərbaycan çay kolleksiyası təqdim edilmiş, çex tərəfi də öz hədiyyələrini təqdim etmişdir.

İsmayıl Ağayev çıxışında Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışı istiqamətində həyata keçirilən layihələr və aparılan araşdırmalar barədə məlumat vermiş, Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. Rauf Zeyni isə diaspor fəaliyyəti çərçivəsində vətənpərvərlik ideyalarının təbliğinin, həmçinin Avropa ölkələrində yaşayan azərbaycanlı icmalar arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.

Layihənin növbəti mərhələsi davam etmiş, Beynəlxalq Diaspora Mərkəzinin nümayəndə heyəti Çexiya Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Çex İnformasiya, Robotika və Kibernetika İnstitutunda (CIIRC) görüş keçirmişdir. Görüşdə institutun direktoru Mgr. Ondřej Velek, Ph.D. Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, elm, təhsil və texnologiya sahəsində əməkdaşlığın inkişafı baxımından bu görüşün əhəmiyyətini vurğulamışdır.

İsmayıl Ağayev institut rəhbərliyinə və tədbir iştirakçılarına “Qərbi azərbaycanlıların deportasiyası” adlı sənədli filmi təqdim etmiş, Qərbi Azərbaycan mədəni irsini, tarixini və milli mətbəxini əks etdirən kitab və broşürləri təqdim etmişdir. Görüş çərçivəsində təşkil olunan “Qərbi Azərbaycan Sərgisi” institut əməkdaşları və qonaqlar arasında böyük maraq doğurmuşdur.

Rauf Zeyni çıxışında diaspor diplomatiyasının gücləndirilməsində elmi əməkdaşlığın və gənclər arasında milli kimlik dəyərlərinin təbliğinin önəmini vurğulamışdır. Görüş səmimi və konstruktiv mühitdə keçmiş, tərəflər gələcək əməkdaşlıq imkanlarını və birgə humanitar təşəbbüsləri müzakirə etmişlər.

Sonda xatirə hədiyyələri təqdim olunmuş, institutun laboratoriyaları və tədqiqat mərkəzləri ilə tanışlıq baş tutmuşdur. Beləliklə, Beynəlxalq Diaspora Mərkəzinin Praqada və Çexiyanın müxtəlif elmi-siyasi mərkəzlərində həyata keçirdiyi tədbirlər Azərbaycanın diaspor diplomatiyasının güclənməsinə, Qərbi azərbaycanlıların tarixi yaddaşının qorunmasına və onların doğma torpaqlarına ədalətli dönüş hüququnun beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə vermişdir.

Kəmalə Abdinova
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri