Icma.az
close
up
RU
Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının birgə təşkilatçılığı ilə tədbir keçirilib FOTO / VİDEO

Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının birgə təşkilatçılığı ilə tədbir keçirilib FOTO / VİDEO

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı rayon icmasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. 

2025-ci il aprelin 23-də, saat 13:00-da başlayan tədbir, 1918-ci ilin aprelində Azərbaycan xalqının azadlığı uğrunda vuruşaraq şəhid olmuş Qafqaz İslam Ordusunun (QİO) naməlum döyüşçüsünün Bakı-Şamaxı avtomobil yolunun kənarında ucaldılmış abidəsinin ziyarəti ilə başlandı.

Tədbir iştirakçıları öncədən “Təklə” restoranında hazırlıq işlərini tamamladıqdan sonra əllərində Azərbaycan, Türkiyə və İrəvan xanlığının bayraqları, həmçinin şüarlarla at üstündə abidəyə doğru yürüş etdilər. Yol boyunca bayraqlar dalğalandı, vətənpərvərlik ruhunda şüarlar səsləndirildi. “Mehtər marşı” sədaları altında yürüş edən iştirakçılar Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə gül dəstələri düzdülər, dualar oxudular və şəhidlərə dərin ehtiramlarını bildirdilər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bütün iştirakçıları salamlayaraq bildirdi ki, bu tədbirin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu yad etmək və onların şanlı mübarizəsini unutmamaqdır. O, tədbir iştirakçılarını bir dəqiqəlik sükuta dəvət etdi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirildi.

İsmayıl Ağayev çıxışında ermənilərin dünyaya təqdim etməyə çalışdığı saxta “erməni soyqırımı” iddialarının tamamilə əsassız olduğunu vurğulayaraq, əslində türk xalqına qarşı soyqırımı və terror aktlarının həyata keçirildiyini qeyd etdi. O bildirdi ki, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədaləti bərpa etmək Beynəlxalq Diaspora Mərkəzinin və Qərbi Azərbaycan İcmasının əsas vəzifələrindən biridir.

İsmayıl Ağayev əlavə olaraq qeyd etdi ki, bu gün Qərbi Azərbaycan İcmasında Hörmətli Əziz Ələkbərlinin rəhbərliyi altında görülən işlər təqdirəlayiqdir. “Biz də Diaspora Mərkəzi olaraq İcma ilə imzaladığımız ortaq protokola əsasən həyata keçirilən işlərə öz dəstəyimizi verdiyimizi bildiririk,” – deyə o qeyd etdi.

Daha sonra söz Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon icmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayevə verildi. Faiq müəllim öncəliklə tədbir iştirakçılarını səmimi salamladı və Qərbi Azərbaycan İcmasının rəhbərliyindən olan dəyərli şəxsiyyətləri, xüsusilə də tədbirə verdiyi dəstəyə görə öz həmkarı Faiq müəllimi və İman müəllimi xüsusi olaraq salamladığını bildirdi. O, çıxışında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırdı. Faiq Xudayev vurğuladı ki, ermənilər tərəfindən uydurulmuş saxta soyqırımı iddiaları məhz aprel ayında ortaya atılıb. Lakin Azərbaycan xalqı bu ayı Aprel Zəfəri ilə xatırlayır. Bu zəfər torpaqlarımızın işğaldan azad olunmasında mühüm tarixi mərhələdir.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri Zaur İbrahimli və Fariz Əkbərov da çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar. Zaur İbrahimli Aprel Zəfərinin yalnız hərbi uğur deyil, həm də milli birliyin və Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi olduğunu qeyd etdi. O bildirdi ki, bu kimi tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni isə Ermənistan tərəfindən illərlə aparılan saxta soyqırımı təbliğatına qarşı türk və Azərbaycan xalqlarının haqq səsinin ucaldılmasının vacibliyini qeyd etdi. O vurğuladı ki, Aprel döyüşləri və Qafqaz İslam Ordusunun qəhrəmanlığı bu saxta iddialara tutarlı cavabdır. Əkbərov, həmçinin, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına dəstəyini ifadə edərək, bu istiqamətdə fəaliyyətlərinin davam edəcəyini bildirdi.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Paşalı rayonunun İstisu icmasının sədri, filologiya üzrə fəlsəfə doktoru Alı Əliyev, Sabunçu rayon icmasının sədri Ələmdar Nəbiyev və digər natiqlər də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiklərini və bu istiqamətdə mübarizəni davam etdirəcəklərini bəyan etdilər.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar “Təklə” restoranında təşkil olunmuş ziyafətdə bir araya gəldilər. Məclis yüksək milli ruhda keçdi. İştirakçılar İrəvan xanlığının bayraqları altında milli rəqslər ifa etdilər. Tədbirin bədii hissəsində müğənni Rəşad İdrisoğlu gözəl ifası ilə tədbir iştirakçılarını valeh etdi. O, xalq mahnılarından “Üç ayaq”, “Yallı”, “İrəvanda xal qalmadı”, “Dərələyəz” və digər əsərləri səsləndirərək məclisə xüsusi rəng qatdı. Onun ifası təkcə musiqi baxımından deyil, həm də verdiyi mesaj və yaratdığı milli ruh baxımından tədbir iştirakçılarına dərin təsir bağışladı. Rəşad İdrisoğlunun səmimi və ruhlandırıcı çıxışı tədbirin ab-havasını daha da zənginləşdirdi.

Tədbirdə çıxış edənlər arasında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədrinin birinci müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Şakiroğlu, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Zəkiyyə xanım, Xəqani müəllim, BDM Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov, Paşalı rayonunun Terp icmasının üzvlərindən şair İnqilab Dərələyəzli və şair Bilman da yer alıb. Onlar çıxışlarında tədbirin əhəmiyyətindən bəhs edərək, erməni iddialarına verilən layiqli cavabı vurğuladılar. Tədbir həm milli həmrəylik, həm də tarixi yaddaş baxımından dəyərli və mənalı şəkildə yadda qaldı.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər, tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını ifadə etdilər və təşkilatçılara təşəkkürlərini bildirdilər.

           
@ismailaqayev2 #keşfet #keşfet #azerbaijan #turkiye #diaspora #təbriz #avropa #ortaasiya #russia ♬ original sound - ismailaqayev2
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Aprel 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri