Icma.az
close
up
RU
Praqada Beynəlxalq Diaspora Mərkəzinin layihəsi ‘Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi’ sərgisi

Praqada Beynəlxalq Diaspora Mərkəzinin layihəsi ‘Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi’ sərgisi

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

bdmxeber.az xəbər verir ki, 05 oktyabr 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərinin Křížovnické náměstí (“Xaçlı Meydanı”) meydanında «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» layihəsi çərçivəsində sərgi keçirilmişdir. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev sərginin məqsədinin deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaq, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etmək olduğunu qeyd edib. Ağayev bildirib ki, layihənin əsas hədəfi qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməkdən ibarətdir. Sərgidə deportasiya ilə bağlı ingilis və çex dillərində hazırlanmış bukletlər, döş nişanları, Azərbaycan və Çexiya bayraqları, roll-up stendləri, kitab və kitabçalar nümayiş olunmuşdur. Xüsusilə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadənin illərlə qoruyub saxladığı Qərbi Azərbaycanla bağlı sərgi materialları böyük maraqla qarşılanmışdır. Həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanovun kitabları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqətlə izlənilmişdir. Sərgini ziyarət edən qonaqlar arasında “Mədəniyyətlərarası Həyat üzrə Beynəlxalq İnnovativ Mərkəz – ‘Dünyanın Xalqları Alyansı’”nın rəhbəri Dr. Aleksandr Şapiro Suliman, onun dostu – Çexiyanın 2022–2023-cü illərdə Təhsil naziri olmuş Vladimír Balaš, həmçinin Çexiya parlamentinin keçmiş senatı üzvü Marcel Chládek də iştirak etmişlər. Tədbirin keçirilməsində bir çox QHT-lər, xüsusilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni yaxından iştirak etmişdir. Həmçinin Çexiyada fəaliyyət göstərən “Land of Fire” diaspora təşkilatının təsisçisi və Azərbaycan Diasporasının Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev və diaspora fəalları Murad Sadıqov, Rəşid Şıxəliyev, İmam Əzizov, Əli Ələşrəfov və digər gənclər layihənin daha faydalı və səmərəli həyata keçirilməsi üçün fəal dəstək göstərmişlər. Sərgi zamanı maraqlı bir məqam da yaşanmışdır. Özlərini turist kimi təqdim edən iki erməni sərgiyə xüsusi maraq göstərmiş, fürsətdən istifadə edərək sərgini izləməyə gələn qonaqlara Azərbaycan və xüsusilə Qərbi Azərbaycan haqqında yalan məlumatlar verməyə çalışmışlar. Onlar Qərbi Azərbaycanın guya ermənilərə məxsus olduğunu və guya Dağlıq Qarabağdan “öz torpaqlarından” qovulduqlarını bildirmişlər. Lakin onların bu cəhdlərinin qarşısı Beynəlxalq Diaspora Mərkəzinin fəalları və soydaşlarımız tərəfindən qətiyyətlə alınmışdır. Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən sərgi uğurla yekunlaşmış, iştirakçılarla xatirə şəkilləri çəkilmişdir. Layihə çərçivəsində görüşlər və tədbirlər növbəti günlərdə də davam etdiriləcəkdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri