Icma.az
close
up
RU
Premyer liqa həyəcanı Yevlaxa qayıdır!

Premyer liqa həyəcanı Yevlaxa qayıdır!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransaya qarşı keçirdiyi matçlar geridə qaldı. Bu o deməkdi ki, yenidən Misli premyer-liqasına köklənə bilərik.

Hər halda, bu gün ölkənin əsas futbol çempionatında 2-ci dövrəyə start veriləcək. Başqa sözlə, 12-ci turun ilk iki oyunu keçiriləcək. Şahidlik edəcəyimiz qarşılaşmalar "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 12-ci tur
21 noyabr
Karvan-Yevlax - Kəpəz
"Karvan-Yevlax" bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: Məmməd Hüseynov (Kəpəz).
"Futbol+"in proqnozu: 40-40-20.
Yevlax, şəhər stadionu. Saat 14.00.
Göründüyü kimi, tur autsayderlərin dueliylə başlayacaq. Matçın ən maraqlı məqamı "Karvan-Yevlax"la bağlıdı. Ona görə ki, uzun müddətdən sonra premyer-liqaya yüksələn bölgə təmsilçisi "doğma divarlar" arasında mövsümün ilk premyer-liqa oyununu keçirəcək. Xatırlayırsızsa, ötən mövsüm 1-ci liqada çıxış edən komandanın ev oyunlarında azı 3000 yevlaxlı futbolsevərə rast gəlinirdi. Heç şübhəsiz, indi ev matçlarına daha çox tamaşaçı təşrif buyuracaq. İstənilən halda, bu gün 11-ci sırada qərarlaşan "Karvan-Yevlax"ın güclü dəstəyə ehtiyacı var. Baş məşqçi Azər Həşimovun son oyunlarda komandanı bir qədər də inkişaf etdirdiyini nəzərə alsaq, meydan sahiblərini görüşün favoriti saya bilərik. "Kəpəz"ə gəlincə, gəncəlilərin işləri qaydasında deyil. Daha doğrusu, baş məşqçi postunda Adil Şükürovu əvəzləyən Azər Bağırov da uğurun formulunu tapmaqda çətinlik çəkir. O başqa məsələ ki, millinin oyunlarıyla bağlı fasilənin "sarı-göylər" üçün nə dərəcədə uğurlu keçdiyi bilinmir. O bəllidi ki, hər iki komanda premyer-liqada qalmaq uğrunda ölüm-qalım savaşındadı. Belədə 6 xal dəyərində olan görüşdə qalib gəlməkdən savayı yol yoxdu.
Bu komandalar indiyə qədər bir dəfə qarşılaşıb. Həmin oyunda "Karvan-Yevlax" qələbə qazanıb - 3:2.
Sumqayıt - Qarabağ
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 25:+5=4-16, 11:56.
2011/12 – 0:0; 2012/13 – 1:6; 2013/14 – 0:3, 1:0; 2014/15 - +:-*, 1:2, 2015/16 – 1:0, 0:2; 2016/17 – 0:2, 0:4; 2017/18 – 1:1, 0:1; 2018/19 – 0:2, 0:6; 2019/20 – 2:1; 2020/21 – 2:2, 0:0; 2021/22 – 0:4, 0:3; 2022/23 – 0:2, 0:6; 2023/24 – 1:6, 1:0; 2024/25 – 0:1, 0:2.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
Mövsümə serbiyalı mütəxəssis Saşa İliçin rəhbərliyi altında başlayan "Sumqayıt" birinci dövrəni ilk "dördlük"də başa vura bildi. İndi "gənclik şəhəri"nin təmsilçisi mövqeyini möhkəmlətməyə çalışmalıdı. Ona görə ki, "kimyaçılar"ın məqsədi ölkəmizi avrokuboklarda təmsil etməkdi. İş ondadı ki, bu dəfə rəqib "Qarabağ"dı. Belədə "Sumqayıt"ın qələbə qazanmaq ehtimalı yetərincə azdı. Axı çempionluq uğrunda mübarizə aparan "köhlən atlar" liderliyini qorumalı, xüsusən "Turan Tovuz"la "Sabah"ın ona yaxınlaşmasına imkan verməməlidi. Bundan başqa, "kimyaçılar" mövsümün Ağdam təmsilçisinə qarşı ilk görüşündə 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" fürsət düşmüşkən həmin məğlubiyyətin də qisasını almağa çalışacaq.
Bu komandalar indiyə qədər 52 dəfə üz-üzə gəlib. Bunların 8-də "Sumqayıt", 39-da "Qarabağ" qalib gəlib, 5-də "sülh" qeydə alınıb. Topların nisbətində "köhlən atlar" öndədi - 126:24.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Komandalar arasında yeganə oyunda hər iki tərəf qol sevinci yaşayıb. Həmin matçda “Karvan-Yevlax” qalib gəlib.
// Son 7 matçda “quru” hesablı qələbə qeydə alınıb. “Qarabağ” son iki səfərdə qalib gəlib.
1. Qarabağ 10 7 2 1 17-3 23
2. Turan Tovuz 11 7 1 3 15-8 22
3. Sabah 10 6 3 1 16-6 21
4. Sumqayıt 11 6 2 3 18-11 20
5. Zirə 11 5 5 1 18-12 20
6. Araz-Naxçıvan 11 5 4 2 18-17 19
7. Neftçi 11 3 6 2 14-9 15
8. Şamaxı 11 3 4 4 12-13 13
9. İmişli 11 3 3 5 10-12 12
10. Qəbələ 11 1 2 8 8-16 5
11. Karvan-Yevlax 11 1 2 8 9-24 5
12. Kəpəz 11 1 0 10 8-32 3
Bombardirlər: Ba-Muaka Simakala (Araz-Naxçıvan), Coy-Lens Mikels (Sabah) – 6, Bassala Sambu (Neftçi), Velko Simiç (Sabah), Aleksandr Ramalinqom (Sumqayıt), Toral Bayramov (Qarabağ) – 4.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri