Premyer Liqa klubları onu hədəfə aldı
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Liverpul” və “Mançester Yunayted” “Bornmut”un sol cinah müdafiəçisi Adrien Trüfferlə maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. İngiltərə klublarının 24 yaşlı futbolçu uğrunda qış transfer pəncərəsində mübarizə aparacağı gözlənilir.
“Bornmut”un Trüfferlə bağlı danışıqlarda sərt mövqe tutacağı bildirilir. Klub fransalı müdafiəçinin transferi üçün təxminən 60 milyon funt sterlinq (70 milyon avro) tələb edəcək. Eyni zamanda “Bornmut”un mövsümün ortasında futbolçunun transferinə ümumiyyətlə icazə verməməsi də mümkündür.
Qeyd edək ki, Trüffer bu mövsüm bütün turnirlərdə 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Baxış sayı:118
Bu xəbər 08 Oktyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















