Premyer Liqa klubu Elmar Baxşıyevlə təmasa keçdi, danışıqlar başladı
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Şamaxı" Ayxan Abbasovla yollarını ayırmağa hazırlaşdığı bir vaxtda baş məşqçi axtarışlarını sürətləndirib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bölgə təmsilçisi bu posta namizədlərdən biri kimi Elmar Baxşıyevlə təmasa keçib. Tərəflər arasında artıq ilkin danışıq da baş tutub.
Məlumata əsasən, klubun baş meneceri Kamran İsmayılov 45 yaşlı mütəxəssislə danışıqlar masasına əyləşib. Görüş zamanı Baxşıyev "Şamaxı"da çalışacağı təqdirdə daha iddialı kollektiv formalaşdırmaq istədiyini bildirib.
Qeyd edək ki, "Şamaxı" hazırda Premyer Liqada 32 xalla 8-ci pillədə qərarlaşıb. Elmar Baxşıyev son olaraq "Araz-Naxçıvan"ın baş məşqçisi olub.
Bu mövzuda digər xəbərlər:Elmar Baxşıyevlə davam!
21 Aprel 2026 19:21
Elmar Baxşıyevlə müqavilə uzadıldı
27 May 2025 13:12
“Araz Naxçıvan”dan Elmar Baxşıyevlə bağlı QƏRAR
27 May 2025 13:13
Premyer Liqa klubu hazırlıqlara başladı
18 İyun 2025 12:19
“Araz Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yollarını ayırır? AÇIQLAMA
05 Dekabr 2025 15:12
Baxış sayı:139
Bu xəbər 21 Aprel 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















