Premyer Liqa: Qarabağ son dəqiqələrdə Turan Tovuz a uduzdu
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
Milli.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ı məyus edib.
Bu nəticədən sonra "Qarabağ" 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"a uduzub - 1:2. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















