Premyer Liqa: VIII tura Neftçi Araz Naxçıvan oyunu ilə yekun vurulub
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasında VIII tura yekun vurulub.
“Cebheinfo.az” xəbər verir ki, turun bağlanış matçında "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşıblar.
"Palms Sports Arena"da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.
Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Zirə"ni (3:0) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


