Premyer Liqa: “Zirə” “Sumqayıt”ı darmadağın edib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XV turu çərçivəsində "Zirə” "Sumqayıt”ı qəbul edib.
AZXEBER.COM xəbər verir ki, hakim Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David Volkovi ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə "kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.
Bununla belə, ikinci hissədə "qartallar” təşəbbüsü ələ keçirərək rəqibi üç dəfə məyus ediblər. 55-ci dəqiqədə "Zirə”nin gürcüstanlı futbolçusu Gorgi Papunaşvili komandasının ikinci qolunu vurub. 67 və 76-cı dəqiqələrdə isə Volkovi fərqlənərək oyunda son nöqtəni qoyub: "Zirə” – 4, "Sumqayıt” – 1.
Baxış sayı:82
Bu xəbər 30 Noyabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















