Premyer Liqada 17 ci məhsuldar heç heçə
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XXVIII turu məhsuldar heç-heçə ilə əlamətdar olub. 6 qolun vurulduğu “Sumqayıt” – “Sabah” oyununda qalib müəyyənləşməyib – 3:3.
İdman.biz xəbər verir ki, bu, ölkə çempionatları tarixində ən azı 6 qolun vurulduğu 17-ci heç-heçədir. 1992-ci ildən keçirilən turnirdə 1 dəfə 6:6, 1 dəfə 4:4, 15 dəfə 3:3 hesabı qeydə alınıb.
İlk belə görüş 33 il əvvələ təsadüf edib. “Kürmük”lə “Kəpəz” hərəyə 4 qol vurublar. Mütləq rekord isə “Viləş” – “Turan” qarşılaşmasına təsadüf edib – 6:6.
“Sabah” tarixində 3-cü məhsuldar heç-heçəyə imza atıb. “Sumqayıt” isə ikinci dəfə bu nəticə ilə üzləşib.
01.06.1992. “Kürmük” – “Kəpəz” – 4:4
26.02.1995. “Xəzər” S – “Pambıqçı” N – 3:3
21.05.1995. “Bakı fəhləsi” – “İnşaatçı” B – 3:3
02.08.1995. “Turan” – “Kəpəz” – 3:3
25.04.1999. “Viləş” – “Turan” – 6:6
14.05.2000. “Turan” – “Şəmkir” – 3:3
02.08.2003. “Bakılı” – “Dinamo” – 3:3
28.04.2007. “Karvan” – “Qəbələ” – 3:3
20.04.2008. “Bakı” – “Karvan” – 3:3
27.09.2009. “Olimpik Şüvəlan” – “Turan” – 3:3
20.11.2014. AZAL – “Qəbələ” – 3:3
19.12.2015. “Sumqayıt” – “Rəvan” – 3:3
06.11.2021. “Sabah” – “Zirə” – 3:3
11.02.2024. “Qarabağ” – “Sabah” – 3:3
09.03.2024. “Kəpəz” – “Neftçi” – 3:3
14.04.2024. “Səbail” – “Kəpəz” – 3:3
29.03.2025. “Sumqayıt” – “Sabah” – 3:3
İdman.biz
