Premyer Liqada 300ə çatıb İdman və Biz
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının XVI turu “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov üçün əlamətdar olub.
İdman.biz xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Onun yubileyi “Səbail”lə səfər görüşünə (2:0) təsadüf edib. Slavik 300 oyunda 15 qola imza atıb. Debütü 2011/12 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu ümumilikdə 7 klubda forma geyinib O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7, “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.
Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur. O, buna cari mövsümdə nail olan 2-ci oyunçudur.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın digər müdafiəçisi Urfan Abbasov da 300-cü oyununu mövsümün gedişində keçirib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















