Premyer Liqada hakimlik: kim, necə fərqləndi?
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Premyer Liqasında başa çatan mövsümdə ən çox oyun idarə edən hakim Əliyar Ağayevdir.
“FutbolPress“in məlumatına görə, FIFA referisi 21 matçda baş hakim olub. O, bu görüşlərdə 68 sarı, 3 qırmızı vərəqə göstərib. Ağayev iki dəfə də penalti qərarı verib.
Oyun sayında ikinci sırada İnqilab Məmmədov qərarlaşıb. O, 19 görüşdə idarəçilik edib. Referi bu matçlarda 91 sarı, 2 qırmızı vərəqə göstərib. Məmmədov Premyer Liqada mövsümdə ən çox “sarı”dan istifadə edən referi olub. Referi eyni zamanda ən çox – 6 dəfə penalti qərarı verəndir.
“Üçlüy”ü Rəvan Həmzəzadə tamamlayır. O, 18 görüşdə baş hakim olub. 64 sarı vərəqədən istifadə edən referi 3 dəfə də “qırmızı”ya əl atıb.
Mövsümün ən çox qırmızı vərəqə göstərən hakimi isə Tural Qurbanovdur. O, 17 oyunda 4 dəfə “qırmızı”dan istifadə edib.
Şahin Cəfərov
Baxış sayı:58
Bu xəbər 13 İyun 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















