Premyer Liqada tura Turan Tovuz Şamaxı oyunu ilə yekun vurulub
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında XVI tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub.
"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan ev sahibləri qələbə qazanıb - 3:2.
Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb. Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Alexandro Serrano penalti zərbəsindən fərqlənib.
Bu nəticənin ardından "Turan Tovuz" 30 xalla üçüncü, "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının dueli heç-heçə başa çatıb - 1:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Dekabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















