Premyer Liqanın VIII turunda Sumqayıt Araz Naxçıvan ı məğlub edib
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib.
SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Ronaldo Vaskez (62) və Nihad Əhmədzadə (82) fərqləniblər. Naxçıvan kollektivinin yeganə qolunu isə Alberto Fernandes (32) vurub.
Qonaq komanda qarşılaşmanı 10 nəfərlə bitirib. 85-ci dəqiqədə Ağadadaş Salyanskiy qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra "Sumqayıt" 8 xalla səkkizinci, 2 xala malik "Araz-Naxçıvan" isə sonuncu - onikinci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun ilk qarşılaşmasında "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.
///report///
Bu mövzuda digər xəbərlər:Sumqayıt Premyer Liqanın XXXI turunda Araz Naxçıvan ı məğlub edib
09 May 2026 22:09
Neftçi Premyer Liqanın XXVI turunda Sumqayıt ı məğlub edib
05 Aprel 2026 21:22
Sumqayıt Premyer Liqanın XXIX turunda İmişli ni məğlub edib
25 Aprel 2026 18:09
Premyer Liqa: Turun son oyununda Araz Naxçıvan Sumqayıt ı məğlub edib
07 Aprel 2025 20:42
Baxış sayı:193
Bu xəbər 16 Oktyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















