Icma.az
close
up
RU
Prezident 200 illik konsepsiyanı dəyişdi Qərb 4 ildir edə bilmir

Prezident 200 illik konsepsiyanı dəyişdi Qərb 4 ildir edə bilmir

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasından 4 il ötür. Ötən dövr ərzində hər iki tərəfdən 2 milyona yaxın itki var. Düzdür, demək olar ki, bütün dünya Ukraynaya dəstək verir. Amma müharibə heç bir real nəticəyə səbəb olmadan bütün dəhşəti ilə yenə də davam edir, orta hesabla hələ də hər gün 700 nəfər ölür, 1200 civarında insan yaralanır, gündəlik 100 nəfər yaxın insan itkin düşür”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan başqa dövlətlərin müstəqilliyinə qəsd və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni konstitusion qaydada rədd edir:

“Təbii ki, biz baş verənlərdən çox narahatıq, amma eyni zamanda bu münaqişə hələ də Prezident İlham Əliyevin liderliyində Azərbaycanın yaratdığı reallıqları dərk etməyənlər üçün bir dərs olmalıdır. Bizim durumumuz Ukraynadan qat-qat ağır olub. Bu gün Ukraynanın ərazi bütövlüyünü tanıyan, ona hərbi-siyasi və maliyyə dəstəyi verən, məcburi köçkünləri ilə bağlı beynəlxalq proqramlar işə salan o güclərin demək olar ki, böyük əksəriyyəti Azərbaycana münasibətdə işğal təcavüz faktorunu, dünya tarixinin ən qanlı soyqırım cinayətlərindən olan Xocalını görməzdən gəlirdi. Bu gün ard-ara qətnamələr, sanksiyalar qəbul edən subyektlər Ermənistanın Azərbaycana təcavüzü qarşısında susurdular. Əksinə, Azərbaycanı işğalla barışdırmaq, münaqişəni donduraraq hər zaman yenidən alovlandırmaq imkanını öz əllərinə saxlamaq istəyirdilər. İndi İlham Əliyev onları fakt qarşısında qoyaraq sülh tərəfdarına çevirib, əslində qələbəmizə qədər heç kim bu bölgədə sülh istəmirdi”.

B.Məhərrəmov qeyd edib ki, Prezident vəziyyəti köklü formada dəyişib:

“Biz faktiki olaraq, dünyanın ən azı yarısının təcavüzkarı dəstəklədiyi bir müharibəni məhz İlham Əliyevin sayəsində 44 günə başa vurduq. Bütün dünya birləşib, 4 ildir Ukraynada silahlar susmur, Prezident İlham Əliyev 200 illik konsepsiyaya cəmi 44 günə son qoydu. Bu gün Azərbaycan xalqı qalibdir və sülh, sabitlik şəritində yaşayır. Bundan daha gözəl nemət ola bilməz. Şimal da, Cənub da od içindədir, amma Azərbaycan vətəndaşının müharibə, təhlükəsizlik, sabitlik problemi yoxdur. Sülh və sabitlik şəraitində isə hər şeyə nail olmaq olar. Dünyanın elə bir coğrafiyası yoxdur ki, sosial problem olmasın, amma bizim perspektivdə isə sosial problem müvəqqətidir. Təsəvvür edin, Qarabağ və Şərqi Zəngəzurun quruculuq və bərpasına ayrılan milyardları orada işlər başa çatdıqdan sonra sosial problemlərə yönəldirik. Görün, bizi hansı perspektiv gözləyir.

Bu gün antiazərbaycan dairələri də narahat edən budur ki, Azərbaycanda mövcud sosial problemlər həllini tapmasın, çünki, bu onların insanlara təsir etmək üçün son şanslarıdır.  Ona görə də xarici xüsusi xidmət orqanlarının tezisləri əsasında, xüsusən Şimal küləyinin təsirində ictimai fikri çaşdırmaq üçün bütün güclərini səfərbər ediblər. Amma Azərbaycan xalqı da çox yaxşı dərk edir ki, çin-çin pulları alıb dövlət əleyhinə fəaliyyət göstərən partiya funksioneri xalq adını çəkmək haqqını itirib,  yaxud antiazərbaycan təlimat alıb qələmini ona görə ayarlayan jurnalist azad söz təmsilçisi ola bilməz. Ən böyük azadlıq, təmin olunması vacib ən əsas haqq möhkəm sülh və dayanıqlı sabitlikdir ki, buna da İlham Əliyevin nail olub”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri