Icma.az
close
up
RU
Prezident ABŞ dakı etirazlarda Meksika bayrağından istifadə edilməsinə reaksiya verib

Prezident ABŞ dakı etirazlarda Meksika bayrağından istifadə edilməsinə reaksiya verib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-dakı etirazlarda Meksika bayrağından istifadə edilməsinə reaksiya verib və bunu "təxribat" kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, “The New York Times”ın verdiyi məlumata görə, prezident Şeynbaum mövzu ilə bağlı verdiyi açıqlamada etirazlarda Meksika bayrağının daşınmasının ölkəsinin immiqrasiya siyasətlərinə qarşı çıxmasının simvolu halına gəldiyini, bəzi dairələrdə də gərginliyə səbəb olduğunu bildirib.

Vətəndaşlarını müdafiə etmək və zorakılığı qınamaq arasında incə bir tarazlıq saxladığını vurğulayan Şeynbaum: "Nümayişlərdə Meksika bayrağının istifadəsi açıq şəkildə təxribat təəssüratı daşıyır və Meksika haqqında mənfi bir təsəvvür yaratmağı hədəfləyir", - deyib.

Meksikalıların və digər millətlərin nümayəndələrinin ABŞ-da saxlanmasına qarşı olduqlarını bildirən Şeynbaum: "Ancaq bu cür şiddət hərəkətləri açıq-aşkar bir təxribatdır. Bunu kimin etdiyini bilmirik", - deyib.

Los-Ancelesdə indiyədək ən az 61 Meksika vətəndaşının nəzarətə alındığını, bəzilərinin isə deportasiya edildiyini edyən Şeynbaum, bu insanların əksəriyyətinin ədalətli mühakimə haqqının pozulduğunu iddia edib.

Şeynbaum ABŞ-da yaşayan meksikalıları zorakılıqdan çəkinməyə çağıraraq: "Bir şeyə qarşı çıxmaq sizə dinc etiraz etmək hüququ verir. Xüsusilə ABŞ-da yaşayırsınızsa, dinc şəkildə etiraz etməlisiniz", - deyə xəbərdarlıq edib.

ABŞ-ın Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən nəzarətə alınan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə təşkil edilən nümayişlər zamanı çox sayda adam saxlanılıb, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında zaman zaman qarşıdurmalar yaşanıb.

ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki vəziyyətə nəzarət etmək üçün Milli Qvardiyanı yerləşdirdiyini açıqlayıb və regionda baş verən hadisələrdə demokrat idarəçiləri günahlandırıb.

ABŞ Müdafiə Nazirliyi Trampın göstərişi ilə bölgəyə təyin olunmaq üçün 4000 Milli Qvardiyaçını səfərbər edərkən, katib Pit Heqset "artan təhdidlərə görə" nizamı qorumaq üçün Los-Ancelesə təxminən 700 dəniz piyadasının göndəriləcəyini açıqladı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri