Prezident Administrasiyasının rəsmisi: Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 30 may, N.Əsgərov, AZƏRTAC
Rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir. Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi daşıyır. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri" konfransı - "Mediafest-2025"-də çıxışı zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov deyib.
O qeyd edib ki, bu tədbirin Naxçıvanda keçirilməsi xüsusilə sevindiricidir, çünki Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur. Son illərdə Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkəmizin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb. Əminəm ki, bugünkü tədbir bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















