Prezident: Azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır, ilin sonuna qədər də 30 40 min qayıtmalıdır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, ilin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır.
“İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız, - deyə Prezident vurğulayıb.

Azərbaycan lideri: Azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
04 İyul 2025 13:51
Azad edilmiş ərazilərdə nə qədər insan yaşayır?
22 Dekabr 2024 18:03
Emin Əmrullayev: Azad edilmiş ərazilərdə 272 müəllim çalışır
06 Fevral 2025 15:13
Azad olunan ərazilərdə hazırda 50 mindən çox insan yaşayır İlham Əliyev
04 İyul 2025 14:03
Hazırda işğaldan azad edilmiş ərazilərdə təxminən 30 min nəfər yaşayır ŞƏRH EDİLDİ
03 Mart 2025 11:07

