Icma.az
close
up
RU
Prezident Azərbaycan Çin münasibətlərinin gələcək perspektivləri baxımından əhəmiyyətli məqamlara toxundu

Prezident Azərbaycan Çin münasibətlərinin gələcək perspektivləri baxımından əhəmiyyətli məqamlara toxundu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal geosiyasi dəyişikliklər və dünya sisteminin transformasiyası fonunda Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər getdikcə daha strateji xarakter alır. Hər iki ölkə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır ki, bu da siyasi dialoqun aktivləşdirilməsində, ticarət dövriyyəsinin artımında və nəqliyyat-logistika sahəsində əlaqələrin genişləndirilməsində özünü açıq şəkildə göstərir. Beynəlxalq arenanın önəmli oyunçusu, siyasi, iqtisadi nüfuzlu ölkə kimi tərəfdaşlığa açıq olan Azərbaycan dünyanın ən güclü ölkələrindən biri Çinlə strateji əməkdaşlığını gücləndirməkdə maraqlıdır. Bu aspektdə Prezident İlham Əliyev aprelin 21-də “Sinxua” xəbər agentliyinə eksklüziv müsahibəsində Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından əhəmiyyətli məqamlara toxundu. 

Dövlət başçımız müsahibəsində strateji tərəfdaşlığın dərinləşməsi, Azərbaycanın Çinin "Kəmər və yol" təşəbbüsündə əməkdaşlığı, Birgə Bəyannamənin tarixi əhəmiyyəti barədə mühüm mesajlar səsləndirdi. Müsahibədə Prezident İlham Əliyev Çin səfərindən gözləntilərini də açıqladı, əməkdaşlığın qlobal və regional iqtisadi rihafa müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yeni, müsbət məzmunla zənginləşdiyini bildirərək iki ölkə arasında qədim tarixə və xeyirxah ənənələrə əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırdı. Fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimadın ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynadığını vurğuladı. Dövlət başçısı iki ölkənin münasibətlərində yeni üfüqlər açmış 
Birgə Bəyannamənin əhəmiyyətinə toxundu. Xatırladaq ki, 2024-cü ilin sentyabrında Azərbaycan ilə Çin arasında imzalanmış “Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləmişdi. Bu sənəd təkcə ikitərəfli əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda, dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın Çinlə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirmişdi. 

Ümumiyyətlə, Birgə Bəyannamədə tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və qarşılıqlı suverenliyin tanınması kimi vacib məsələlərə dair ortaq öhdəliklərini təsdiqləmişdilər. “ Kəmər və yol" təşəbbüsünə dəstəyin ifadə olunduğu sənəddə Azərbaycanın bu təşəbbüsə aktiv şəkildə qoşulduğu öz əksini tapmşdı. Eyni zamanda, Birgə Bəyannamədə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı dəstək ifadə olunmuşdu.  Habelə enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığı inkişaf etdirilməsinin vacibliyi önə çəkilmişdi. Bu sənəd Bakı-Pekin xəttində münasibətlərin yalnız iqtisadi deyil, həm də siyasi-strateji əsasda dərinləşdiyinin rəsmi təsdiqi idi.

Əlbəttə, Çin üçün Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda artan marağın nəticəsidir. Bu da əsassız deyil. Çünki  Bakı limanı, Bakı-Tbilisi-Qars dəmiryolu və Zəngəzur dəhlizi Çin üçün Avropaya çıxışda alternativ və təhlükəsiz yol deməkdir. Bundan başqa Azərbaycan nefti və qazı Çin üçün resursların diversifikasiyası baxımından əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı və Çini Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biri kimi Azərbaycanın geosiyasi ağırlığı da Pekinin diqqətindən yayınmır. 

Çinin önəm verdiyi mühüm məqamlardan biri də Azərbaycanın regionda siyasi sabitliyi və müstəqil siyasəti yürütməsidir. Pekin də bu reallığı qəbul edir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış xətt yürüdərək həm Qərblə, həm Rusiya ilə, həm də Çinlə əlaqələri inkişaf etdirməyə çalışır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun bərpası və yeni texnologiyaların tətbiqində Çin investisiyası mühüm rol oynaya bilər.

Bir sözlə, Azərbaycan və Çin arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, ikitərəfli münasibətlərdə yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın çoxqütblü dünyada artan rolunu və güclü mövqeyini nümayiş etdirir. Bu tərəfdaşlıq, eyni zamanda, Azərbaycanın regional enerji və nəqliyyat habına çevrilməsi prosesini sürətləndirə və ölkənin geosiyasi mövqeyini gücləndirə bilər. Sözsüz, Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Dövlət başçısı “Sinxua” agentliyinə müsahibəsində bu məqama toxunaraq əminliklə bildirdi ki, qarşıdakı səfər də digərləri kimi Azərbaycanla ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi prosesinə xidmət edəcək.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri