Prezident: Azərbaycan ilə Özbəkistan arasında TDT çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan və Özbəkistanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir:
"Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.
Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir".
İlham Əliyev əlavə edib ki, Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Azərbaycan və Çin arasında əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir ŞƏRH
22 Aprel 2025 16:55
Prezident İlham Əliyev: Azərbaycan Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir
02 Oktyabr 2025 16:03
Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir
04 İyul 2025 16:59
İtaliya Azərbaycan Universitetinin yaradılması xüsusi əhəmiyyətə malikdir
04 Oktyabr 2025 19:52
Azərbaycan Somali diplomatik əlaqələri xüsusi əhəmiyyətə malikdir
17 Fevral 2025 13:47
Baxış sayı:109
Bu xəbər 21 Avqust 2026 14:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları