Prezident İlham Əliyev: Azərbaycan Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb.
“Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















