Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ankara, 20 mart, AZƏRTAC
Ankara regionda sülh və sabitliyin təmin olunması üçün dialoqun və diplomatik səylərin bərpasına bütün resurslarını səfərbər edib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize vilayətinin sakinləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, İran ətrafındakı mövcud münaqişə regionda vəziyyəti daha da gərginləşdirib, son həftələrdə təkcə İranda deyil, Livanda da çoxsaylı itkilər qeydə alınıb.
“Livanda artıq azı min nəfər həlak olub, məcburi köçkünlərin sayı isə bir milyonu ötüb. Hadisələri diqqətlə izləməkdə davam edirik. Türkiyənin münaqişələrə cəlb olunmasının qarşısını almağa hədəflənmişik”, – deyə Türkiyə lideri bildirib.
Prezident Ərdoğan Pakistanla Əfqanıstan arasında qarşıdurmaya da diqqət çəkib: “Türkiyə Ramazan bayramı dövründə atəşkəsin əldə olunması üçün İslamabad ilə Kabil arasında razılığa töhfə verib. Bu gün isə bu müvəqqəti sakitliyin daimi olmasına çalışırıq”.
Türkiyə Prezidenti region üçün çətin dövrün tezliklə geridə qalacağına ümidvar olduğunu da ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Mart 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















