Icma.az
close
up
RU
Prezident “Euronews” televiziyasına müsahibəsində vacib mesajlar səsləndirib Sevinc Hüseynova Yeni Gündəm

Prezident “Euronews” televiziyasına müsahibəsində vacib mesajlar səsləndirib Sevinc Hüseynova Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində mühüm məqamlardan bəhs edib. Dövlətimizin başçısı müsahibəsində Qlobal Bakı Forumunun artıq 12-ci ildir keçirildiyini, iştirakçıların ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşdüklərini bildirib. Sözsüz ki, beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda Bakıda keçirilən Qlobal Forumun iştirakçılarının adları həm də onun potensialını əks etdirir.

Bu sözləri açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısının iştirak etdiyi Forumun əhəmiyyəti olduqca böyükdür: “Azərbaycan Prezidentinin Forumun açılış sessiyasında çıxışı vermiş olduğu mühüm mesajlar, etdiyi çağırışlar bu gün beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ölkə başçısıda müsahibəsində açılış sessiyasından müxtəlif fikirlərin, kombinasiyaların olduğunu bilddirib. Forum çərçivəsində keçirilən panellərdə gedən müzakirələr, yeni fikirlərin, ideyaların ortaya çıxması ilə müşahidə olunub. Bu baxımdan da Forumda yeni ideyaların meydana gəlməsi ilə onun beynəlxalq münasibətlərin formalaşmasında rolu artmış olub. Builki Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi”dir. Fakt odur ki, qlobal miqyasda yeni qaydaların müəyyənləşdirilməsi prosesi gedir. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi mövcuddur. Ona görə də, ölkələrin beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verməsi təşviq olunur. Ölkə başçısının müsahibəsində də məhz bu amillər önə çəkilib”.

Deputat bildirib ki, Cənubi Qafqazda artıq yeni münasibətlər sistemi formalaşır: “Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi ilə regional münasibətlər fərqli istiqamətdə inkişaf etməyə başlayıb. Bu sülhü, təhlükəsizliyi, qarşılıqlı əməkdaşlığı, təhlükəsizliyi təşviq edən başlıca amildir. Ölkəmizin ortaya qoymuş olduğu mövqe ondan ibarətdir ki, qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri müstəvisində münasibətlər qurulsun. Azərbaycan öz milli maraqları müstəvisində əlaqələrin qurulmasında maraqlıdır. Dövlətimiz heç vaxt milli maraqlar məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Regional və qlobal miqyasda baş verən siyasi, fiziki toqquşmalar da bu xüsusda Azərbaycanın haqlı mövqeyinə təsir edə bilməyib. Cənab Prezidentin müsahibəsində toxunduğu məqamlar da bu reallığı əks etdirir”.

Sevinc Hüseynova vurğulayıb ki, dövlətimizin başçısı müsahibəsində həmçinin Ermənistanın Azərbaycana qarşı işğal siyasəti, torpaqlarımızın 30 ilə yaxın işğalda saxlanılması ilə faktlara toxunub: “Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının 1994-cü ildə əldə olunduğu amma uzun müddət aparılan danışıqların nəticəsiz qalması vurğulanıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü təmin etməyə nail olub. Ölkəmizin başçısı da müharibənin bitməsindən 5 il keçməsinə baxmayaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmadığını qeyd edib. Sözsüz ki, sulh muqaviləsi imzalanmayana qədər bölgədə sabitlik olmayacaq. Bunun fonunda bəzi beynəlxalq təşkilatların o cümlədən ölkələrin Azərbaycana qarşı qərəzli mövqeyinə də toxunulub. Bildirilib ki, bu amillər ikili standartlardan, ayrıseçkilikdən yaranan reallığın təzahürü kimi ortaya çıxıb. Azərbaycan Prezidenti bütün bunlara baxmayaraq ölkəmizin öz haqlı mövqeyini beynəlxalq müstəvidə ən layiqli şəkildə müdafiə edildiyini də vurğulayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see162

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri