Icma.az
close
up
RU
Güclü Azərbaycan dövləti öz vətəndaşının yanındadır Sevinc Hüseynova Yeni Gündəm

Güclü Azərbaycan dövləti öz vətəndaşının yanındadır Sevinc Hüseynova Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı mühüm məqamlara toxunub. Ölkəmizin başçısı müsahibəsində qəza baş verən gün Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumat aldığını və dərhal göstəriş verərək təyyarənin geri – Bakıya döndüyünü bildirib. Bakıya qayıdan kimi hava limanında operativ müşavirə keçirildiyini, hələ buna qədər Onun göstərişi ilə Dövlət Komissiyası yaradıldığını və müvafiq qurumların nümayəndələrindən ibarət heyətin Aktau şəhərinə dərhal ezam edildiyini vurğulayıb. Sözsüz ki, bu Azərbaycan dövlətinin öz vətəndaşına, baş verən istənilən hadisəyə olan yanaşmasının bariz nümunəsi, ən yüksək diqqətinin göstəricisidir. Faciə baş verən andan cənab Prezidentin birbaşa prosesləri diqqətdə saxlaması olduqca önəmli idi.

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkəmkizin başçısı müsahibəsində vurğuladığı kimi qəza baş verən andan ilk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmaq, yerində müşahidə aparmaq, eyni zamanda faktlar ictimaiyyətə təqdim edilməli idi: “Həmçinin Azərbaycan həkimlərindən ibarət qrup qəza bölgəsinə ezam edilib və onlar Qazaxıstan tərəfi ilə birlikdə yaralıların müayinə və müalicəsini həyata keçirib. Eyni zamanda ölkə başçısının göstərişi ilə Azərbaycan Baş Prokurorluğu tərəfindən baş vermis faciənin səbəblərinin araşdırılması üçün cinayət işi açılıb. Sözsüz ki, ölkə başçısının birbaşa göstərişi ilə qəzanın baş verməsi ilə bağlı ilkin versiyalar üzərində iş başlayıb. Cənab Prezidentin də açıqladığı kimi son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Amma buna baxmayaraq ilkin versiyalar da kifayət qədər əsaslıdır. Bu da ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb. Məhz bundan sonra təyyarəmiz idarəetməni itirib və nəticədə faciəvi hadisə baş verib. Bütün ilkin faktlar onu deməyə əsas verir ki, mülki təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb və daha sonra yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinə də böyük dərəcədə zədə əmələ gəlir. Dövlətimizin başçısı da müsahibəsində məhz bu faktlara bir daha diqqət çəkərək məsələnin mahiyyətini bir daha geniş ictimaiyyətə çatdırmış oldu. Bütün bunlara baxmayaraq Rusiya tərəfi öz ərazisində mülki təyyarəyə qarşı olan hücuma və yaxud hər hansı bir kənar müdaxiləyə ilkin andan fərqli rakurslardan yanaşmağa çalışıb. Faktları başqa səmtə yönəltməyə cəhdlər edilib ki, Azərbaycan Prezidenti də məhz bu amillərin qəbul edilməzliyini bir daha vurğuladı”.

Sevinc Hüseynova hesab edir ki, Azərbaycan dövlətinin mövqeyi haqlıdır və beynəlxalq hüquqa əsaslanır: “Çünki Rusiyanın qəza ilə bağlı prosesləri əsas məqamdan yayındırmaq üçün ayrı ayrı-ayrı dairələri tərəfindən verilən açıqlamalar həqiqətə uyğun deyil. Sözsüz ki, Azərbaycan üçün Rusiya dost və tərəfdaş ölkədir və cənab Prezident də müsahibəsində bu amili xüsusi olaraq vurğuladı. Ona görə də, baş vermiş bu faciənin əsl günahkarlarının aşkara çıxırılması və ədalətli şəkildə mühakimə edilməsi üçün bütün səylər birləşdirilməlidir. Təbii ki, qəzanın baş verməsinə görə, günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlərdir. Hadisənin tam tədqiq edilməsi üçün Azərbaycan dövləti tərəfindən beynəlxalq ekspertlərdən ibarət qrup bu işə cəlb edilib. Beləliklə, bütün təfərrüatları aşkara çıxmış olacaq. Çox təəsüf ki, hər zaman olduğu kimi bu faciədən də siyasi divident əldə etmək cəhdləri var. Çünki bu qüvvələr üçün xalqın yaşadığı sarsıntı deyil, ancaq özlərinin konyuktur maraqları əsasdır. Təbbi ki, cəmiyyətimiz bu kimi ünsürlərin hadisəyə olan yanaşmasını görür və ona layiq olduqları səviyyədə qiymət verir”.

Millət vəkili bildirib ki, ekipaj üzvlərinin və pilotların peşəkarlığı qəhrəmanlığı sayəsində təyyarənin digər sakinlərinin həyat xilas oldu: “Cənab Prezident İlham Əliyev də ekipaj üzvləri ilə vida mərasimində iştirakı, onların ailələrinə və yaxınlarına baş sağlığı verməsi dövlətimizin hər zaman, hər bir vətəndaşın yanında olduğunun bir daha təsdiqi, açıq təzahürü idi. Ölkə başçısı tərəfindən həlak olmuş ekipaj üzvlərinin dövlətimizin ali adlarına layiq görülməsi onların qəhrəmanlığına verilən qiymət hesab edilir. Çünki idarə etmədən çıxmış təyyarəni idarə etmək üçün pilotlar peşəkarlıq, qəhrəmanlıq göstəriblər. Onlar məhz bu qəza enişindən sağ çıxa bilməyəcəklərini yəqin etdikləri halda mümkün olanı seçiblər. Qəza anında ilk olaraq hadisə yerinə gələn və bütün zəruri köməklikləri göstərən Qazaxıstan dövləti və qardaş qazax xalqının göstərmiş olduğu münasibət isə xalqımızın yaddaşında əbədi qalacaq”.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycam Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən 3 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri