Icma.az
close
up
RU
Prezident İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib YENİLƏNİB VİDEO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyini bildirdi.

Dan Yorgensen ilk növbədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ursula Fon der Lyayenə çatdırmağı xahiş etdi.

Qonaq xüsusilə bu mürəkkəb zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizlə əməkdaşlığa çox böyük önəm verirlər və bunu gələcəkdə də inkişaf etdirmək istəyirlər.

Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı COP29-un ölkəmizdə uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı həm təbii qaz, həm də yaşıl enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Bildirildi ki, Avropa İttifaqı öz imkanları çərçivəsində bu istiqamətlər üzrə əməkdaşlığa dəstək verməyi düşünür.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulandı, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see169

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see146

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri