Icma.az
close
up
RU
Prezident İlham Əliyev Azərbaycan mediasının IV hakimiyyət funksiyasını bərpa edib

Prezident İlham Əliyev Azərbaycan mediasının IV hakimiyyət funksiyasını bərpa edib

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam dövlət tərəfindən media sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ölkədə media sahəsinə diqqət, davamlı dəstək, iqtisadi asılılığının aradan qaldırılması ənənəsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli lider kütləvi informasiya vasitələrinə hər zaman həssas yanaşıb. Xatırlatmaq yerinə düşər, o zamanlar müraciət əsasında qəzetlərin “Azərbaycan” nəşriyyatına olan külli miqdarda borcu donduruldu. Sonradan isə Prezident İlham Əliyevin tapşırığı ilə borc tamamilə silindi. Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısıdır, bu, özünü bütün sahələrdə göstərir. Yanaşma o vaxt necə idisə, indi də elədir. Çünki ideya eynidir. Ümummilli lider tənqidə kifayət qədər dözümlü idi, özü şərait yaradırdı ki, qəzetlər həqiqətləri yazsınlar, televiziyalar doğrunu işıqlandırsınlar, neqativləri, çatışmazlıqları tənqid etsinlər. Mahir siyasətçi sağlam tənqidin inkişafa təkan verdiyinin fərqində idi. Bəzi hallarda bu humanistlikdən sui-istifadə edənlər də az deyildi. Ulu öndər buna baxmayaraq, media sahəsinə xüsusi qayğı ilə yanaşırdı. İndi isə Prezident İlham Əliyev və komandası müasir çağırışlara uyğun olaraq, medianın azadlığını təmin etmək, sağlamlaşdırılması məqsədilə islahatları davam etdirir. Hədəf ölkə mediasını gücə çevirmək idi. Kütləvi informasiya vasitələrinin IV hakimiyyət funksiyası, sözün əsl mənasında, bərpa edilib: Azad söz, fikir azadlığı təmin olunub, media subyektlərinin iqtisadi asılılığı aradan qaldırılıb – dövlət dəstəyi davam edir. Ölkədə 2021-ci ildə qüvvəyə minən “Media haqqında” qanunla çap mediasının, onlayn media subyektlərinin inkişaf strategiyası ortaya qoyuldu, beynəlxalq standartlara uyğun olaraq tənzimləndi. Medianın İnkişafı Agentliyi islahatlar mərhələsinin yükünü üzərində daşıdı, mövcud qanunun icrası təmin edildi, şəffaflıq təmin olundu. Azərbaycan jurnalistikası ağır dövr keçib. Əsası 1875-ci ildə publisist, maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulan şərəfli yol bu gün tam inkişaf dövrünü yaşayır. Zərdabi azad söz, sağlam tənqid uğrunda mübarizə aparırdı, o zamanlar çətin olsa da, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu amillər gerçəkləşib, ideyalar həyata keçib. Azərbaycan mediası əmin əllərdədir, gələcəyə nikbin baxmaq olar. İndi ölkədə media resursu yaratmaq çətin deyil, sadəcə, məsuliyyətlidir. Mediadakı xaos dövrü artıq geridə qalıb. Yəni vətəndaş kimi məsuliyyətli, jurnalist kimi isə ikiqat məsuliyyətli! Demokratiya uzun bir prosesdir, mahir siyasətçi, diplomat Prezident İlham Əliyev prosesin inkişaf etdirilməsində əlindən gələni edir. Cənab Prezident Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edir, Cənubdan Şimala, Şərqdən Qərbədək – bütün ölkələrlə münasibətləri yüksək səviyyəyə çatdırıb. Azərbaycan böyük iqtisadiyyata sahib Çinlə viza rejiminin ləğv edilməsi mərhələsindədir. Bu, Azərbaycan Prezidentinin necə dəqiqliklə çalışdığının göstəricisidir. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində Çin az qala düşmən ölkəyə çevrilmişdi, amma İlham Əliyev dosta çevirdi. Qazanan isə Azərbaycan xalqıdır!

Artıq ölkəmiz yardım, kömək qəbul edən tərəfdən kömək, yardım edən tərəfə çevrilib. Qüdrətli Azərbaycan diktə edir, qlobal layihələrin təşəbbüskarı və icraçısıdır, təkcə regionda deyil, bütün dünyada sülhə, sabitliyə töhfələrini verir. 2020-ci ildə Vətən müharibəsi məhz buna xidmət edirdi, sülh, torpaqların işğaldan azad edilməsi, təhdidin aradan qaldırılması diplomatik müstəvidə alınmadısa, alternativ yol anti-terror əməliyyatları idi. İlham Əliyev dediyini etdi: Torpaqlar azaddır, separatçılar da Bakıda məhkəmə önündə! İndi Müzəffər Ali Baş Komandanın əsas missiyalarından biri Qarabağda quruculuq işləri, keçmiş məcburi köçkünlərin el-obalarına qayıdışının təmin edilməsidir. Təlatümlərlə dolu dünyada Azərbaycanı sabitlik adasına çevirən Ali Baş Komandana uğurlar arzulayırıq.

İlkin Pirəli

“Pravda.az” xəbər portalının baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see142

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see135

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see130

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see121

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see121

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see120

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see119

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see117

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see114

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see113

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see112

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri