Icma.az
close
up
RU
DVX nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

DVX nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Caspian Energy Club”un (CEC) Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Samirə Musayeva bu formatda keçirilən görüşlərin dövlət – özəl sektor tərəfdaşlığı baxımından önəmli olduğunu vurğulayıb.

2021-ci ildən vergi orqanlarında sahibkarlıq birlikləri və assosiasiyalarla iş strukturunun fəaliyyət göstərdiyini xatırladan DVX rəisinin müavini biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirildiyini, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə sahibkarların təkliflərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Vergi daxilolmaları barədə məlumat verən Samirə Musayeva qeyd edib ki, ötən il dövlət büdcəsinə 15,8 milyard manatdan çox vergi ödənilib. DVX sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri də daxilolmaqla ümumilikdə 22,8 milyard manat həcmində fiskal yığımların təmin edilməsinə nail olub. Bu isə dövlət büdcəsində bütün fiskal ödənişlərin təxminən 77 faizini təşkil edir.

S.Musayeva vergi xidmətinin büdcə gəlirlərini təmin etməklə yanaşı, həm də iqtisadi inkişafa töhfə verdiyini, ölkəyə investisiya qoyuluşlarını stimullaşdıran əsas amillərdən biri kimi əlverişli biznes mühitinin formalaşmasına xidmət edyini diqqətə çatdırıb. Bildirib ki, vergi sisteminin daha da təkmilləşdirilməsi sahibkarların yaxından iştirakı ilə mümkün ola bilər. “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”nda da müəyyənləşdirilmiş əsas hədəflərdən biri məhz vergiödəyiciləri üçün əlçatan olan və könüllü əməletmə səviyyəsi yüksək vergi sisteminin qurulmasıdır.

Sessiyanın ikinci hissəsi vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı məsələlərə həsr olunub. Tədbir iştirakçılarının qarşılaşdıqları çətinliklərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb, səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri