Icma.az
close
up
RU
Prezident İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşdü YENİLƏNDİ

Prezident İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşdü YENİLƏNDİ

Pravd.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Prezident İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşdü YENİLƏNDİ.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

APA xəbər verir ki, Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırdı.

Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə etdi, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu dedi.

Pedro Sançez COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Qonaq qeyd etdi ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyəlləşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.

Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğuladı.


İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirdi.


Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes forumların keçirilməsi barədə razılıq əldə olundu.


Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edildi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Emin Hüseynovun dövlətə olan borcu artdı

10 Fevral 2025 09:06see135

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see116

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see113

XİN: Nikolay Valuyevin Azərbaycana qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir

10 Fevral 2025 14:45see113

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see112

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see112

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see111

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see111

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see111

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see110

Suğra Bağırovadan ETİRAF: “Bu, mənə Allahın ən böyük hədiyyəsidir”

10 Fevral 2025 14:20see110

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see109

Tramp bu rüsumları da kəskin artırır

10 Fevral 2025 14:40see109

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see108

Tramp: Putinlə geniş söhbətimiz olacaq

10 Fevral 2025 14:26see108

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see107

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see106

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see106

Türk dünyası bütövləşir BAXIŞ BUCAĞI

10 Fevral 2025 18:17see106

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri