Icma.az
close
up
RU
Prezident İlham Əliyev Palau Prezidenti ilə görüşüb YENİLƏNİB 2 VİDEO AZƏRTAC

Prezident İlham Əliyev Palau Prezidenti ilə görüşüb YENİLƏNİB 2 VİDEO AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Qonaq qeyd etdi ki, səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizlə tanış olmaq imkanları olub. Bu görüşün Azərbaycan və Palau prezidentləri arasında yüksək səviyyədə ilk görüş olduğunu deyən Surangel Uipps bunun münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə etdi.

Palau dövlətinin başçısı Azərbaycan Prezidenti və Azərbaycanın COP29-a Sədrliyi tərəfindən kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri nəticəsində onların üzləşdiyi problemlərin əsas prioritetlərdən biri kimi müəyyən edilməsinə görə təşəkkürlərini çatdırdı. O vurğuladı ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ekzistensional təhlükə ilə üzləşən ölkələrdir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri əsas prioritet kimi qiymətləndirilib və kiçik ada dövlətlərinin iştirakı ilə məhz bu məsələyə həsr olunmuş Zirvə toplantısı keçirilib. Dövlətimizin başçısı Azərbaycanın Millətlər Birliyi (Commonwealth of Nations) təşkilatı ilə birlikdə kiçik ada dövlətlərinə xüsusi yardım proqramını həyata keçirdiyini dedi. Prezident İlham Əliyev bu xüsusda təşkilat çərçivəsində Azərbaycanın kosmik imkanlarını səfərbər edərək həmin dövlətlərin üzləşdiyi iqlim problemləri barədə məlumat bazası sisteminin yaradılması məsələsini qeyd etdi.

Prezident vurğuladı ki, on ildən artıqdır Paris razılaşmasının 6-cı bəndi üzrə danışıqlar aparılsa da məhz Bakıda keçirilən COP29-da bununla bağlı irəliləyiş əldə olunub. Dövlətimizin başçısı bundan başqa, İtki və Zərərə Cavab Fondunun tam işlək olması istiqamətində tərəqqinin əldə edilməsini irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirdi.

Söhbət zamanı bütün dünyadan, xüsusilə də inkişaf etmiş dövlətlərdən yeni maliyyə hədəfləri ilə əlaqədar gözləntilərin olduğu qeyd edildi.

Palau Prezidenti dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri