Icma.az
close
up
RU
Prezident İlham Əliyev Səmimiyyət, Praqmatizm və Müasirlik

Prezident İlham Əliyev Səmimiyyət, Praqmatizm və Müasirlik

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

XX əsr dünya tarixi həm də onunla əlamətdar oldu ki, görkəmli siyasi və dövlət xadimləri bəşər tarixini yaradıb, xalqlarının rifahına xidmət etdilər. ABŞ-də Con Kennedi və Ronald Reyqan, İngiltərədə Uinston Çörçill və Marqaret Tetçer, Almaniyada Konrad Adenauer, Pakistanda Əli Cinna, Hindistanda Mahatma Gandi və digər liderlərin rolunu xüsusi qeyd etmək lazımdır. Bu görkəmli siyasi xadimlər nə ilə yadda qaldılar?

ABŞ-nin 35-ci prezidenti Con Kennedi siyasətə səmimiyyət gətirdi. Onun səmimi və məşhur sözləri: “Soruşma Amerikadan o sənin üçün nə edib, özündən soruş ki, sən Amerika üçün nə etmisən?” siyasətə səmimiyyət gətirməsi kimi qiymətləndirilə bilər. O günə qədər bəlkə də siyasətdə səmimiyyət birmənalı qarşılanmırdı, amma bu sözlər, hətta siyasətdə belə səmimiyyətin nə qədər önəmli olduğuna işarə idi. ABŞ-nin digər prezidenti Ronald Reyqan öz praqmatizmi ilə dünya tarixində qaldı. Onun hakimiyyəti dövründə ABŞ görünməmiş iqtisadi uğur qazandı. Ronald Reyqanın prezident seçilməsi ilk illərdə dünya liderləri tərəfindən soyuq qarşılanmışdı. Lakin apardığı islahatlar və praqmatizmi nəticəsində bir neçə ildən sonra dünya liderləri onu alqışlarla qarşıladılar. Onun iqtisadi islahatları dərin praqmatik mülahizələrə əsaslanırdı və ABŞ-də gəlirlər xərcləri ciddi şəkildə üstələdi.

Konrad Adenauer II Dünya müharibəsindən sonra Qərbi Almaniyanı xarabalıqdan qaldıraraq onu Avropanın aparıcı dövlətinə çevirdi. Onun adı tarixə qurucu lider kimi düşdü.

Pakistanın qurucusu Əli Cinna Pakistan dövlətinin yaradıcısı kimi qəbul olunur. Hindistanda ona bu ölkənin baş naziri vəzifəsi təklif edilsə də, o, müstəqil Pakistan dövlətinin yaradılmasında israrlı idi və onun qurucusu oldu. Əli Cinna öz xalqının mənəvi və mədəni dəyərlərinə bağlı şəxsiyyət idi və həmvətənlərinin öz mənəvi və mədəni dəyərlərində yaşayıb işləmələrini istəyirdi. Bu gün Pakistan hərbi baxımdan güclü dövlətdir və nüvə silahına malik olan yeganə müsəlman ölkəsidir.

Bütün deyilənlər bir daha dövlət xadimlərinə malik olmalı zəruri keyfiyyətləri təsdiqləyir. Bu, səmimiyyət, öz xalqının mənəvi dəyərlərinə bağlılıq, praqmatizm, müasir düşüncə və əlbəttə ki, dövlət quruculuğudur.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, tam müstəqillik ancaq iqtisadi müstəqilliklə mümkündür. İqtisadi islahatlar sayəsində, Osmanlı İmperiyasının xarabalıqlarından yaranan müasir Türkiyə dövləti bu gün güclü hərbi gücü olan, regionun lider ölkəsidir.

2003-cü ildə cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildi və xalqa müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam” kimi səmimi sözləri səsləndirdi. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsi məhz ölkədə sosial sahədə aparılan islahatlar, Qarabağda qəhrəmancasına döyüşmüş oğullarımıza göstərilən diqqət və səmimiyyətdir. Cənab Prezident Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə döyüşçülərimizə dəfələrlə baş çəkərək Qarabağa qayıdan ailələri ziyarət edərək onlar üçün hər cür şəraitin yaradılmasına nail oldu. Bu gün erməni işğalçıları tərəfindən dağıdılan Qarabağda yollar, ən müasir şəhərlər, qəsəbələr, kəndlər salınır, yeni zavodlar, iş yerləri, təhsil ocaqları açılır. Hətta ad gününü belə cənab Prezident məcburi köçkünlərlə keçirdi. Bu səmimiyyəti ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qoyduğu yolun davamı kimi də qiymətləndirmək olar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı gücləndi, ölkə Cənubi Qafqazın lider dövlətinə çevrildi. Ölkənin böyük bir ərazisi işğal altında olsa da, müharibə davam etsə də, quruculuq işləri bir an belə dayanmadı, ölkə iqtisadiyyatı praqmatik əsaslarla inkişaf etdi. Yeni müəssisələr, iş yerləri açıldı. Cənab İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirildi. TANAP qaz kəməri və onun davamı TAP, Azərbaycanı Avropanın qaz təhlükəsizliyinin qarantına çevirdi və iqtisadiyyatımız sürətlə inkişaf etdi. Onların əsasında həm praqmatizm, həm də müasir düşüncə, yüksək təhsil və dərin intellekt dayanırdı.

Cənab İlham Əliyev Heydər Əliyev məktəbinin yetirməsidir və özünü Ulu öndərin qoyduğu dəyərlər üzərində formalaşmış böyük siyasətçi kimi sübut etmişdir. Bu, Azərbaycan xalqının mənəvi-mədəni dəyərlərinə sədaqət, öz ölkəsinə sonsuz məhəbbətdir. Onun bir qarış Azərbaycan torpağının müzakirə mövzusu ola bilməyəcəyi barədə sözləri hamımızın yadındadır ki, bu da onun dəyərlərimizə sadiqliyini təsdiqləyir.

Cənab İlham Əliyev hakimiyyətə gələndə Azərbaycan ərazisinin 20 faizi işğal altında idi. Onun rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyat inkişaf etdi, müasir standartlara uyğun qüdrətli ordu yaradıldı. Deyilənlər, cənab Prezidentin hərbi və dövlət quruculuğu keyfiyyətlərini nümayiş edirdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibədə qalib gəldi və antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz tamamilə bərpa olundu. Bu, Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı, uzaqgörənliyi və diplomatiyası sayəsində mümkün oldu. Onu da qeyd edək ki, Ali Baş Komandanın cəsarəti, müzəffər ordumuzu ruhlandırdı. Ordumuz qətiyyətli və cəsur Ali Baş Komandanın rəhbərliyi altında əmrləri yerinə yetirərək torpaqlarımızı qəhrəmancasına azad etdi. Şuşanın azad edilməsi xüsusi bir qəhrəmanlıq nümunəsi idi. Hərbi ekspertlər Şuşa qalasının alınmasını uzun müddət araşdıracaq, lazımi nəticələr çıxaracaq və hətta hərbi dərsliklərə daxil edəcəklər.

Fransanın hər bir vətəndaşı öz əfsanəvi lideri general de Qolu xatırlayaraq deyir ki, de Qoll fransız xalqının tapdalanmış qururunu qaytardı və fransızlar da özünə inam yaratdı.

Şuşanın azad edilməsi sadəcə bir rayonun Azərbaycana qaytarılması deyil, həm də xalqının itirilmiş qürurunun özünə qaytarılmasıdır. Cənab Prezidentin dediyi kimi: “Şuşa, sən azadsan və bizimləsən. Biz səninn itirilmiş qürurunu bərpa edəcəyik!” Bu sevinc anlarını Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyevin rəhbərlik altında müzəffər ordumuz bəxş etdi. Azərbaycanın bugünkü inkişafının kökündə cənab İlham Əliyevin özünəməxsus olan dəstxətti, üslubu hər yerdə görünür. Bu, Prezident Heydər Əliyevin qoyduğu üslubdur və Azərbaycanı sabaha aparan yoldur.

II Qarabağ müharibəsi Azərbaycan xalqını birləşdirdi, onu bölünməz bir vahidə çevirdi. Ulu Atatürk demişdir: “Bir millət daxildən möhkəm bağlandıqca, birləşdikcə, dünyada onu məhv edə biləcək heç bir qüvvə yoxdur”.

Son günlər müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə heç bir əsası olmayan qərarlar və qətnamələr qəbul olunur. Bu, Azərbaycanı işıqlı gələcəyə aparan yolundan dönməyən Azərbaycan liderini sındırmayacaq, çünki onun arxasında öz liderinə inanan və onu sevən Azərbaycan xalqı dayanır.

Doğum gününüz mübarək, cənab Prezident, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə yüksək zirvələrə çatmaqda böyük uğurlar arzulayırıq.

Asəf HACIYEV,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parliament Məclisinin baş katibi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see346

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see335

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see329

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see324

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see322

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see262

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see259

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see245

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see239

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see238

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see233

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see232

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see229

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see227

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see227

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see214

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see197

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see189

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri