Icma.az
close
up
RU
​Prezident İlham Əliyevin ABŞ yə uğurlu səfəri bütün regionun taleyini dəyişir

​Prezident İlham Əliyevin ABŞ yə uğurlu səfəri bütün regionun taleyini dəyişir

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri əsasən iki mühüm istiqamət üzrə dəyərləndirilir. Birinci istiqamət Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi üçün yeni imkanların yaranmasıdır. İkinci istiqamət isə, Azərbaycan–ABŞ münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik kontekstində yeni mərhələyə qaldırılmasıdır. Beləliklə, 7-8 avqust səfəri həm sülh prosesinin irəliləməsi, həm də ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səfər çərçivəsində hər iki istiqamət üzrə uğurlu nəticələr əldə etməsi ölkəmizin xarici siyasət tarixində yeni bir səhifə açır.

Vaşinqton görüşləri Cənubi Qafqaz üzərindəki yüz illik streotipləri dağıtdı

Qlobal təhlil mərkəzləri Prezident İlham Əliyevin bu uğurlu səfərini təkcə Azərbaycan kontekstində deyil, həm də regional və qlobal proseslər müstəvisində dəyərləndirirlər. Belə ki, 2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycan həmin müharibədə qalib gələrək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra, region üzərindən gerçəkləşdirilməsi nəzərdə tutulan hiper layihələr irəli sürüb. Azərbaycanın təşəbbüsü ilə aktuallaşan bu layihələr ölkə sərhədlərini aşır, regional və qlobal xarakter daşıyır. Bu kontekstdə, xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi ilə bağlı layihələr qabardılır. Ermənistanın müxtəlif səbəblər üzərindən sülh müqaviləsini bağlamaqdan çəkinməsi isə diqqəti hiper layihələrdən yayındırar. Regional və qlobal layihələr deyil, “sülh müqaviləsinin imzalanması” regionun əsas hədəfi kimi saxlanılır.

ABŞ səfəri çərçivəsində keçirilən görüşlər beynəlxalq vasitəçilərin iştirakı ilə sülh prosesinə əlavə dinamika gətirdi. Vaşinqton platformasında aparılan danışıqlar Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi istiqamətində ciddi nəticələr doğurdu. ABŞ tərəfinin bu məsələyə xüsusi diqqət ayırması Cənubi Qafqazda sabitlik mövzusunun qlobal təhlükəsizlik üçün də mühüm əhəmiyyət daşıdığını göstərdi. Məsələni bu müstəvidə təqdim edə bilməsi Azərbaycan diplomatiyasının ciddi uğurudur. Belə yanaşma həm Ermənistan-Azərbaycan problemini aradan qaldırır, həm də ölkəmizin regional və qlobal proseslərdə iştirakını şərtləndirir.

Vaşinqton görüşünün nəticələri Cənubi Qafqazı “ənənəvi oyunçuların”-“şimal” və “cənub”un nəzarətindən çıxarır. Bu regionu yüz illər ərzində təsir dairəsində saxlayan, inkişafdan geri salan mərkəzlərin təzyiqindən xilas edir. Onların əvəzində Azərbaycan dövlətinin regionun lideri, söz sahibi kimi mövqeyini gücləndirir. 7-8 avqust səfərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan özünün balanslı və praqmatik xarici siyasət kursu ilə həm qonşu dövlətlərlə, həm də dünya gücləri ilə bərabərhüquqlu əməkdaşlıq qura bilir. Belə davranışı ilə həm özünün haqlarını qoruyur, həm də bütün regionun taleyinə sahib çıxır.

ABŞ ilə yüksək səviyyəli dialoqdan effektiv nəticələrin qazanılması ölkəmizin beynəlxalq nüfuzunun artmasına, etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə səbəb oldu. Azərbaycanın qlobal enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı və regional sabitlik sahələrində strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. ABŞ kimi qlobal təsir gücünə malik ölkə ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində çoxşaxəli əməkdaşlıq kursunun uğurla həyata keçirildiyini göstərir.

İkitərəfli münasibətlərin güclənməsi

Səfərin ikinci mühüm istiqaməti ABŞ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın genişlənməsi oldu. Görüşlərdə enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, kibertəhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın Avropa enerji bazarına çıxışında mühüm rol oynaması, xüsusilə Cənub Qaz Dəhlizi layihəsindəki mövqeyi ABŞ tərəfindən yüksək qiymətləndirildi. Nəqliyyat-logistika sahəsində Azərbaycan üzərindən keçən beynəlxalq ticarət marşrutlarının inkişafı müzakirə olundu. Bu müzakirələr ölkəmizin qlobal tranzit mərkəzi və enerji təminatçısı kimi mövqeyini möhkəmləndirəcək.

Vaşinqton görüşündə ənəvi enerji resursları sektorunda əməkdaşlıq məsələsi ilə yanaşı, bərpa olunan enerji layihələri də gündəmdə idi. Bu, Azərbaycanın yaşıl enerji strategiyasına uyğun olaraq xarici tərəfdaşlarla daha geniş əməkdaşlıq imkanları yaradır.


Nəticə olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkəmiz üçün həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə mühüm nəticələr verdi. Ermənistanla sülh prosesinə əlavə impuls qatdı, regionda sabitliyin təmin olunmasına yardımçı oldu. Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu " adı verilməklə, “Zəngəzur dəhlizi” nin açılmasına qərar verildi. Minsk Qrupunun buraxılması üçün ATƏT-in baş katibinə birgə müraciət və Ermənistan Konstitusiyasının dəyişdirilməsi üçün referendum barədə razılaşma əldə edildi. Azərbaycana qarşı haqsız şəkildə tətbiq edilmiş 907- ci düzəliş aradan qaldırıldı. ABŞ- Azərbaycan Strateji tərəfdaşlığının inkişaf etdirilməsi üçün əsasən 3 istiqamətdə iş aparacaq Birgə Strateji İşçi Qrup yaradıldı. SOKAR və ABŞ-nin Ekson Mobil şirkəti saziş imzalamaqla Azərbaycan iqtisadiyyatı üçün vacib olan neft və qazın sənayesinin inkişafı stimullaşdırıldı. Qısa formada vurğulasaq,

İham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycanın bütün təşəbbüsləri qəbul edildi.

Müşviq Ələsgərli
Media eksperti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri