Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Ağdərədən vermiş olduğu mesajların əhəmiyyəti böyükdür Məlahət İbrahimqızı Yeni Gündəm

Prezident İlham Əliyevin Ağdərədən vermiş olduğu mesajların əhəmiyyəti böyükdür Məlahət İbrahimqızı Yeni Gündəm

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrimizə hər bir səfəri quruculuq-bərpa işləri ilə yerində tanış olmaqla yanaşı, yeni təməllərin qoyulmnası infrastruktur və sosial obyektlərin açılışı ilə yadda qalır. Ölkə baçşısının Ağdərə rayonuna səfəri də olduqca yadda qalan oldu. Ağdərə rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər. Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarları təqdim olunub: “Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər. Ölkəmizin başçısı Suqovuşan kənd sakinləri ilə görüşündə olduqca mühüm məqamlara toxunub. Vurğulanıb ki, II Qarabağ müharibəsinin gedişində azad edilən Suqovuşan kəndinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu kəndin tarixi, strateji əhəmiyyəti onun coğrafi mövqeyi Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsinin gedişində azad etdiyi mühüm ərazilərdən biri kimi xüsusi önəmi var. Şuşa, Hadrut əməliyyatları ilə yanaşı bu ərazilərin azad edilməsi böyük qəhrəmanlıq, hünər tələb edirdi. Güclü Azərbaycan Ordusu, Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızın hər bir qarışı kimi Suqovuşan kəndinin azad edilməsi də başlıca məqsədlərdən bir olub”.

Deputat bildirib ki, ölkə başçısının vurğuladığı kimi bu kənd II Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilməsi birinci əhəmiyyətli uğurlardan, hərbi qələbələrimizdən biri idi: “44 gün ərzində Azərbaycan Ordusu ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Azərbaycan dövləti bu tarixi qələbəyə nail olmaq üçün uzun bir proses keçib. Ölkəmizin iqtisadi qüdrətinin təmin edilməsi, ordu quruculuğu və beynəlxalq müstəvidə möhkələnəə mövqeyimiz imkan verdi ki, Azərbaycanın özünün haqlı mövqeyini daha da möhkəmləndirsin. Güclü Ordu quruculuğu prosesi, Azərbaycan xalqının işğal faktı ilə barışmaması, vətənpərvərlik hissinin yüksək səviyyədə olması tarixi qələbəni şərtləndirən mühüm amillər sırasındadır. Məhz bu reallıq imkan verdi ki, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanın, qəbul edilən ərazi bütövlüyünü və suverenliyiuni tam təmin etsin. Bu fakt əslində II Dünya müharibəsindən sonra dünyada yaşanan ilk nümunədir ki, Azərbaycan məhz tarixi reallığı təmin etməklə beynəlxalq ictimaiyyət üçün örnək oldu”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan beynəlxalq arenada öz gücünə və imkanlarına arxalanan dövlət olaraq yeni reallıq yaratmış oldu: “II Qarabağ müharibəsinin gedişində Ermənistan və ona havadarlıq edən ölkələrin və təşkilatların mövqeyinə baxmayaraq ölkəmiz beynəlxalq hüququ təkbaşına təmin etməyə nbail oldu. Bu Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu praqmatik siyasətinin məntiqi nəticəsi idi. Azərbaycan məhz Onun Liderliyi ilə bütün düşmən güclərinə qalib gəldi. Tarixi ədalət bərpa edildi. Artıq 5-ci ildir ki, xalqımız qalib və alnıaçıq şəkildə özünün milli həmrəyliyini, birliyini, tarixi günlərini, bayramlarını qürurla qeyd edir. Şuşada, Xankəndidə, Ağdərədə, Suqovuşanda, Talış kənddə alovlandırılan bayram tonqalları Azərbaycan xalqının uzun illər boyu arzuladığı tarixi reallığın mənzərəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işləri həyata keçirilir, keçmiş qaçın və məcburi köçkünlərin geri dönüşü təmin edilir. Bütün bunlar tam əminlik yaradır ki, Qarabağ və Şərqi Zəngəzur qısa zamanda özünün tarixi görkəmini bərpa etməklə yanaşı, inkişaf etmiş bölgələrimizdən birinə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 23 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see229

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see196

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri