Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinin Azərbaycan Respublikasının gələcək inkişafında rolu

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinin Azərbaycan Respublikasının gələcək inkişafında rolu

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla görüşmək üçün Ağ evə gəlir.

Ağ evdə Ölkə Başçısını Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qarşılayır.

Görüş zamanı iki ölkə başçısı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalayırlar.

8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ağ evdə mətbuat qarşısında bəyənatla çıxış edirlər.

ABŞ Prezidenti Donald Tramp mətbuat qarşısında bəyanatla çıxış edərək, Azərbaycanla Ermənistanın 35 il müharibə şəraitində yaşadıqlarını, artıq isə sülh, əmin-amanlıq içində dost qalacaqlarını qeyd etdi. Donald Tramp hər iki ölkənin başçısını bəyannamənin imzalanması münasibətilə təbrik edərək, bu cür toplantılardan zövq aldığını vurğuladı. Prezident Tramp bəyanat zamanı qeyd etdi ki: “Mənə bildirildi ki, keçmişdə tərəflər dəfələrlə buna nail olmağı mümkün hesab ediblər, lakin bu baş verməyib”.

Donald Tramp çıxışının ardından onu da qeyd etdi ki: “Bu razılaşma ilə biz sülhü təmin etməyə müvəffəq olmuşuq. Biz bir az əvvəl oval ofisdə bu sazişə aid olan çoxsaylı sənədləri və vacib elementləri imzaladıq. Ermənistan ilə Azərbaycan kommersiya və səyahət əlaqələrinin qurulmasına, diplomatik münasibətlərin yaradılmasına sadiqliyini vurğulayır, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəslədiyini bəyan edir”.

Daha sonra Donald Tramp “Tramp Beynəlxalq Sülh və Rigah Marşrutu”nun əhəmiyyətindən, 99 illik müqavilənin Amerika üçün də faydalarından, üç ölkə arasındakı sonrakı münasibətlərdən söhbət açdı.

Donald Trampın bəyanatının ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat qarşısında bəyanatla çıxış edərək, ABŞ Prezidentinə öz təşəkkürünü bildirdi. İlham Əliyev dünyanın qüdrətli ölkəsi ilə strateji tərəfdaşlığı həm fürsət, həm də məsuliyyət adlandıraraq, strateji tərəfdaşlığın formatının bir çox vacib sahələri əhatə etdiyini bildirdi.

Ölkə başçısı İlham Əliyev 35 il ərzində Azərbaycanın müharibə şəraitində məhrum olduğu məqamlara diqqəti yönəldərək, bu günkü sülhün böyük əhəmiyyətindən danışaraq, Prezident Trampın və onun komandasının bu işdəki mühüm xidmətlərini vurğuladı.

Çıxış zamanı Prezident İlham Əliyev qeyd etdi ki: “Bu, həqiqətən tarixi gündür-biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq”.

Prezident İlham Əliyevin bəyanatının ardınca Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyanatla çıxış etdi. Çıxışın ardınca Amerika Birləşmiş Ştatlarının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Sammitinin nəticəsi olan bəyannaməni imzaladılar.

Bəyannamə imzalandıqdan sonra Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün imzalanın sənədin mühüm əhəmiyyətindən bəhs edərək, qeyd etdi ki, “deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.

Prezident İlham Əliyev imzalanan bəyanatın əhəmiyyəti haqqında media nümayəndələrinə geniş müsahibə verərək bildirdi ki, “orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir”.

Daha sonra Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən, İkinci Qarabağ müharibəsindən, hərbi-siyasi yolla münaqişənin həllindən, sülh sazişinin mətnindəki beş prinsipdən söhbət saldı.

PƏRVANƏ TALIBOVA

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində

İncəsənət Gimnaziyasının müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri