Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, A.Paşazadə oktyabrın 7-də Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb.

Görüşdə çıxış edən QMİ sədri Azərbaycanda mövcud olan unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə ətraflı məlumat verib. Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin Bəhreyn İslamdaxili Dialoq Konfransında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran A.Paşazadə gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının, BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoqa və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirlərin keçiriləcəyini vurğulayıb.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri xanım V. Hartzler bu il Azərbaycana səfəri zamanı ölkəmizdə qonaqpərvərlik və inkişaf müşahidə etdiyini bildirib. İslamofobiya ilə mübarizəyə dair ardıcıl konfransların keçirilməsinə toxunan xanım V. Hartzler bu forumların keçirilməsini alqışladıqlarını, bunun real nəticələrinin olmasının mühüm olduğunu deyib. Azərbaycanda şiə məzhəbinin bəzi mənsublarına qarşı guya ayrı-seçkiliklərin olmasından narahatlığını dilə gətirən komissiya sədrinin iradlarına Azərbaycan nümayəndə heyəti dəqiq, tutarlı dəlillərlə cavab verib. Bildirilib ki, söhbət din pərdəsi altında dövlətçiliyə qarşı konkret təhdid, çevriliş cəhdi və terrorun qarşısının alınmasından gedir və burada məzhəb amilinin heç bir rolu yoxdur.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini Asif Mahmud Azərbaycanda Dini etiqad azadlığı haqqında qanunla bağlı bəzi iradlarını bildirib, bu qanunun beynəlxalq dini azadlıq standartları ilə uzlaşmayan məqamlara, habelə dini ədəbiyyatın senzuraya məruz qalmasına toxunub. Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, gənc, müstəqil dövlət olaraq özümüzü mənəvi müstəvidə də müdafiə edirik. Dini ədəbiyyat adı altında ölkəyə ekstremist və radikal ədəbiyyat gətirməyə cəhdlər var və bunun qarşısını almaq üçün müvafiq komissiya kitabları nəzərdən keçirir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi icmalarla mütəmadi görüşür, onları maraqlandıran məsələləri həll edir.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvü Məhəmməd Elsanusi öz növbəsində Bakıda olarkən keçirdiyi görüşlər barədə danışıb, müsbət inkişafla bağlı məqamlara toxunub. O, narahatedici məqamlaqdan biri kimi icmaların qeydiyyat məsələsini vurğulayıb, bu prosesin icmaların özlərini azad hiss etməsinin qarşısını aldığına diqqəti çəkib. Şeyxülislam A. Paşazadə dini icmaların qeydiyyatının dövlət tərəfindən aparıldığını, lazım gəldikdə dini mərkəzin öz tövsiyələrini verdiyini xatırladıb. Xüsusi qeyd edib ki, burada məqsəd və məram özlərini dindar kimi qələmə verərək dövlətə qarşı fəaliyyət aparanları əsl dindarlardan ayırd etməkdir. Şeyxülislam Komissiya üzvlərini Azərbaycana bir daha gələrək həqiqəti yerində görməyə, ölkəmizi xüsusi müşahidə siyahısından çıxarmağa çağırıb. Xanım V. Hartzler dəvətdən məmnun olacaqlarını deyib.

Azərbaycandakı Alban-udi icmasının sədri Robert Mobili isə diqqətə çatdırıb ki, əksəriyyəti müsəlman olan sekulyar ölkədə xristian dini icma olaraq özlərini əla hiss edirlər. “Azərbaycan dövləti öz diqqət və qayğısını bizdən əsirgəmir, müsəlman xalq hər zaman bizə dəstək verir. Məbədlərimiz və dilimiz bərpa olunur, müqəddəs kitabımız ana dilimizdə nəşr edilir”, - deyə o əlavə edib.

Görüşdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Azərbaycanın dünyada artan İslamofobiya hallarından narahat olduğunu, eyni zamanda, dinlərarası dialoqda, dünyada müsəlman icmaların hüquqlarının qorunmasında maraqlı olduğunu diqqətə çatdırıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dini ayrı-seçkiliyin bütün forma və təzahürlərini – islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oynadığı roldan bəhs edib. Bildirib ki, rəhbərlik etdiyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu müstəvidə dünyada unikal bir qurumdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri