Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Çinə rəsmi səfəri ölkələrimizarası münasibətlərin daha da möhkəmlənməsinə yeni bir impuls verəcək RƏY

Prezident İlham Əliyevin Çinə rəsmi səfəri ölkələrimizarası münasibətlərin daha da möhkəmlənməsinə yeni bir impuls verəcək RƏY

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

"Çin-Azərbaycan əlaqələri tarixi köklər üzərində qurulmuşdur. Ölkəmizin tarixi İpək Yolunun üzərində yerləşməsi ölkələrimizarası münasibətlərin davam etdirilməsini zəruri etmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşanda Çin ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətərdən olub. 1992-ci ildə Azərbaycanda Çinin, 1993-cü ildə isə Azərbaycanın Çində səfrilikləri fəaliyyətə başlayıb. Müstəqil Azərbaycan dövləti ilə Çin Xalq Respublikası arasında ikitərəfli əməkdaşlığın əsası 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Pekinə səfərindən sonra qoyulub. 1997-ci ildə parlamentlərarası işçi qrupların yaradılması, 2014-cü ildə Prezident İlham Əliyevin Çinə işgüzar səfəri, 2015-ci ildə isə rəsmi səfərə getməsi, 2019-cu ildə İkinci "Bir kəmər-bir yol" Beynəlxalq Forumuna dövlət başçımızın dəvət olunması ölkələrimizarası münasibətlərdə yeni səhifə açıb..."

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

"2024-cü ildə Astanada keçirlən ŞƏT-nin Zirvə toplantısına Prezident İlham Əliyevin dəvət olunması və səfəri çərçivəsində ÇXR-nın sədri Si Cinpinlə ikitərəfli görüşün keçirilməsi, görüşdə ölkələrarası münasibətlərin müzakirəsi və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Bu gün Azərbaycanla Çin strateji tərəfdaşdırlar. İmzlanmış 50-dən çox sənəd əməkdaşlığın inkişaf etdirlməsi üçün hüquqi baza yaradıb. Təbii ölkələrarası ticarət dövriyyəsindəki artımlar da bunu deməyimizə imkan verir. Belə ki, 2024-cü ildə 2023-cü illə müqayisədə ölkələrimizarası ticarət dövriyyəsi 21% artaraq 37 milyard dollardan çox olub. Bu ilin birinci rübündə isə 1 milyard dolları keçməklə keçən ilin müvafiq dövründən 38% çox olması ölkələrimizarası əməkdaşlıqda böyük potensialın olduğunu göstərir. Bu gün ölkəmizdə Çinin 375 şirkəti qeydiyyatdan keçib və onlardan 298-nin fəaliyyəti aktivdir. Çin Azərbaycanın ən böyük 4-cü ticarət tərəfdaşıdır. Çin həm də idxalımızda 17,8% təşkil etməkdə liderdir. 16 apreldə Bakıda keçirlən Azərbaycan-Çin hökumətlərarası komissiyasının 10-cu iclasında ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı ilə bağlı geniş münzakirələr, yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Çinin təqdim etdiyi "Kəmər Yol" layihəsinə Çindən sonra ən çox investisiya yatıran ölkədir. Azərbacanın ərsəyə gətirdiyi Bakı Beynəlxalq Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu Çindən çıxan yüklərin Mərkəzi Asiya ölkələrindən keçməklə Xəzər dənizi vasitəsilə ölkəmizin üzərindən Avropaya qədər çatdırılmasında əhəmiyyətli rol oynamağa başlayıb. Belə ki, Çinə məxsus tranzit yüklərin ölkəmizin üzərindən daşınmasının 86% artması və 378 min tonu keçməsi Orta dəhliz ilə bağlı atdığımız addımların nə qədər əhəmiyyətli olduğunu göstərir. Orta dəhliz ancaq iqtisadi əlaqələrin qurulmasına xidmət etmir, həm də bu dəhliz üzərində yerləşən ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və siyasi mövqelərinin daha da yaxınlaşmasına töhfə verir.  Azərbaycanla Çin hökumətlər və parlamentlərarası, siyasi partiyalararası münasibətlərini möhkəmləndirir. Prezident İlham Əliyevin 22 aprereldə Çinə rəsmi səfəri və səfər çərçivəsində müzakirə olunaraq imzlanacaq sənədlər ölkələrimizarası münasibətlərin daha da möhkəmlənməsinə yeni bir impuls verəcək. Çin dünyanın ən böyük iqtisadiyyatıdır. Ölkəmizin bu ölkə ilə dostluq və əməkdaşlığının möhkəmlənməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regionumuza və qlobal səviyyədə sülh və əməkdaşlığın təşviqinə verilən töhfə olacaq", - deputat bildirib.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Aprel 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see123

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri