Icma.az
close
up
RU
Prezident İlham Əliyevin diplomatik marafonu: üç coğrafiya, bir strateji xətt ŞƏRH

Prezident İlham Əliyevin diplomatik marafonu: üç coğrafiya, bir strateji xətt ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Son on gün ərzində Prezident İlham Əliyevin iştirak etdiyi üç yüksəksəviyyəli sammit Azərbaycanın diplomatik aktivliyinin miqyasını və strateji planlamasının dərinliyini göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin çoxqütblü sistemdə çevik, yönləndirici və tarazlaşdırıcı aktora çevrildiyinin göstəricisidir.

“Prezident Əliyevin qatıldığı sammitlər üç fərqli siyasi-mədəni məkanda baş tutdu və hər biri ölkənin xarici siyasət mozaikasında fərqli məna daşıyır. Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin Sammitinin əsas məzmununu enerji təhlükəsizliyi, qitələrarası sabitlik, Avropa-Asiya körpüsü kimi dəyərləndirmək olar. Ölkəmiz üçün əsas məna Azərbaycanın Qərb məkanında etibarlı enerji tərəfdaşı və təhlükəsizlik aktoru kimi qəbul edilməsidir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə isə əsas mövzu Orta Dəhliz, mədəni-strateji həmrəylik idi. Bu Zirvə Görüşü Azərbaycanın Türk dünyasında lider və təşəbbüskar mövqeyi, türk inteqrasiyasının hərəkətverici qüvvəsi kimi fəaliyyətini ortaya qoydu”, - deyə o vurğulayıb.

Deputat bildirib ki, oktyabrın 12-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın xarici siyasətində qoşulduğu prinsiplərin - sülh, regional əməkdaşlıq, balanslı yanaşmanın real icrasının göstəricisidir. “Bu addım yalnız formal diplomatik iştirak deyil, həm də ölkənin beynəlxalq səhnədə artan rolunun, etibar və strateji önəminin təsdiqidir. Bu cür yüksəksəviyyəli toplantılara dəvət ölkəmizin beynəlxalq siyasətdə yalnız tərəfdaş kimi deyil, sülh təşəbbüslərinə töhfə verən dövlət kimi qəbul edildiyini göstərir. Azərbaycan qonşularla, regional güclərlə və beynəlxalq institutlarla münasibətlərində balanslı siyasət yürütməyə çalışır. Bu çağırışda həm ABŞ-la əlaqələr, həm də müsəlman dünyası ilə səmimi münasibətlər rol oynayır. Yaxın Şərq kimi mürəkkəb və geosiyasi maraqları çox olan bölgələrdə iştirak Azərbaycanın təkanverici diplomatik mövqeyini gücləndirir. Azərbaycan 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin bütün mərhələlərini – işğal, müharibə, qələbə və bərpa dövrünü praktik təcrübə kimi yaşamış ölkədir. Bu, ölkəyə sülh diplomatiyası sahəsində real nümunə və təcrübə üstünlüyü qazandırır. Yaxın Şərq Sülh Sammitinə Donald Trampın və Əbdülfəttah əs-Sisinin birgə dəvəti həm Vaşinqtonun, həm də Qahirənin Bakıya göstərdiyi etimad siqnalıdır”, - deyə parlamentari qeyd edib.

Azərbaycanla Ermənistan arasında sülh sazişi təşəbbüsündən, Zəngəzur dəhlizinin və digər kommunikasiya yollarının açılmasının önəmindən bəhs edən S.Mikayılova bildirib ki, bu kimi addımlar regionda sabitliyin bərqərar olmasına xidmət edir. Misirdə keçirilən Sammit də bu baxımdan vasitəçilik, problemlərin beynəlxalq platformada müzakirəsi və davamlı sülh üçün beynəlxalq dəstəyin təmin olunmasına imkan yaradır. Ölkəmizin Sammitdə iştirakı onun strateji güclərlə əhatələnmiş dövlətlər üçün nümunə ola biləcəyini göstərir – Azərbaycan belə formatlarda yalnız çağırılan deyil, həm də müzakirələrə təsir göstərə bilən tərəfdir.

“Bununla yanaşı, bu cür səfərlər Prezident İlham Əliyevin liderlik potensialını beynəlxalq səviyyədə nümayiş etdirir, region və dünyadakı güclü liderlərdən biri kimi qəbul olunduğunu nümayiş etdirir. Bu imic Azərbaycanın yalnız öz sərhədlərində deyil, region və geosiyasi böhranların olduğu coğrafiyalarda da sabit, moderasiyaedici qüvvə kimi qəbul edilməsinə yol açır. Prezident İlham Əliyevin Misirə səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq diplomatik fəaliyyətində mühüm addımdır”, - deyə deputat diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri