Icma.az
close
up
RU
Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları TƏHLİL

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin müsəlman dünyasında ayrı-seçkilik yaradılması cəhdləri ilə bağlı mesajları, ATƏT, Avropa Parlamenti və Avropa Şurasına yönələn haqlı tənqidləri geosiyasətin mənəviyyatdan ayrı olmadığını göstərir.

İslam dünyasının vahid cəbhədə birləşdirilməsi ideyası

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə XII əsrdən XVI əsrə qədər (Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli) uzanan böyük bir irsi sadalayıb. Bununla da Azərbaycanın əsrlər boyu elmə, mədəniyyətə, ədəbiyyata fasiləsiz töhfə verdiyi barədə dərin məzmunu bölüşüb.

Dövlətimizin başçısından sitat: “Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.

Deməli, Prezident İlham Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi tarixi şəxsiyyətlər və onların irsi üzərindən formalaşmış dəyərləri gələcəyə baxışda vacib nüans hesab edir.

Bu anlayışlarla geosiyasi səbəb-nəticə əlaqələrinin qurulmasına baxmaq lazımdır. Prezident İlham Əliyevin tezislərinin dərin geosiyasi məzmunu həmin strukturda iki əsas məqamı nəzərə çatdırır:

- Geosiyasi maraqlar ədalətə əsaslananda onun nəticələrinin uğurlu qalması dayanıqlı və davamlı olur. Azərbaycanın xarici siyasətdəki yanaşmaları məhz bu formula əsaslanır;

- Azərbaycanın qazandığı geosiyasi nailiyyətlərin arxasında güclü genetik və mənəvi kodlar, dərin tarixi miras dayanması həqiqətdir.

Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya regionlararası sivilizasiya modelinə fundamental tərəflərdən yanaşır. Bu cəhətdən müsəlman-türk dünyasının bir parçası olan Azərbaycan üçün ortaq irs əsasında multi-regional mənəvi bağlantılar ön planda dayanır.

Bunun qarşısında dayanan maneələri aradan qaldırmaq üçün Azərbaycanın səyləri diqqətəlayiqdir. Prezident İlham Əliyevin çağırışlar barədəki formulunu belə xarakterizə etmək olar:

- Müsəlman dünyasındakı gərginliklərdən narahat olan Azərbaycan İslam həmrəyliyini idman və mədəniyyət platformaları vasitəsilə praktiki müstəviyə daşıyır;

- İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək növbəti Zirvə Görüşü ölkəmizin qlobal arenadakı birləşdirici və barışdırıcı vasitəçi rolunun növbəti təsdiqi olacaq;

- Azərbaycanın əsas hədəfi müsəlman ölkələri arasındakı ixtilafları müştərək səylərlə bitirmək və İslam dünyasını parçalamaq istəyən xarici təhdidlərə qarşı vahid cəbhə formalaşdırmaqdır. Burada digər məqsəd İslam dininə zərbə vurmaq istəyən qüvvələri yerində oturtmaqdır.

Bu mövqe müsəlman coğrafiyasına ünvanlanan çağırış olmaqla, iki əsas məqamı geosiyasətin sərhədlərində müəyyənləşdirir. Birincisi, Azərbaycan geosiyasi ambisiyaların mənəvi dəyərləri üstələdiyi müasir dünya nizamınında tarixə, onun mirasına və cəmiyyətlərdəki inanclara dərin hörmətlə yanaşır. Bu, beynəlxalq hüququn praktiki olaraq icrasına dair yaxşı presedentdir.

İkincisi, müsəlman dünyasına qarşı qlobal məkanda nümayiş etdirilən selektiv yanaşmalara qarşı birlik nümayiş etdirilməsi vacibdir. Azərbaycan bu məsələyə dair böyük məsuliyyəti üzərinə götürür.

Avropa Parlamentinin ifşası

Azərbaycan beynəlxalq hüquqda ayrı-seçkliyə məruz qalan ölkə olub. Ermənistan-Azərbaycan münaqişəsi zamanında nə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilib, nə də rəsmi İrəvana qarşı sanksiyalar tətbiq edilib.

Bunlar yetmirmiş kimi, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlar Ermənistanın və erməni lobbisinin maraqlar çərçivəsində Azərbaycana qarşı mövqe tutublar. Qarayaxma kampaniyası əsasında strukturlaşdırılan qərəzli mövqe Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra daha açıq müstəviyə keçib.

Prezident İlham Əliyev keçirdiyi qəbulda Qərb geosiyasətində təzyiq alətinə çevrilən Avropa Şurası və Avropa Parlamentinin “fəlsəfəsi” ifşa edilib.

Dövlətimizin başçısı bununla beynəlxalq münasibətlər sisteminin ən ağrılı nöqtəsini – geosiyasətin mənəviyyatdan təcrid edilməsini Avropa Şurası və Avropa Parlamentinin timsalında aşağıdakı faktlarla göstərir:

- Avropa Şurasının Azərbaycan öz suverenliyini və beynəlxalq hüququ bərpa etdikdən cəmi dörd ay sonra Bakıya qarşı sanksiya mexanizmini işə salması qlobal ədalətsizliyin bariz nümunədir;

- Başqalarına şəffaflıq və demokratiya dərsi keçməyə çalışan Avropa Parlamentinin özü rüşvətxorlar yuvasıdır.

Xatırladaq ki, 2022-ci ildəki “Qatargate” kimi irimiqyaslı korrupsiya qalmaqalı (məsələn, AP-nin vitse-prezidenti Eva Kailinin evindən nağd pul kisələrinin tapılması) Avropa Parlamentinin daxilindəki çirkli maliyyə və lobbi mexanizmlərini açıq şəkildə üzə çıxarır. O, 2022-ci il dekabrın 13-də Avropa Parlamentində keçirilən səsvermə nəticəsində (625 lehinə, 1 əleyhinə səslə) bu vəzifədən edilib. Bu faktlar Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələrin arxa planını və ikili standartlarını aydın nümayiş etdirir.

- Avropa Parlamenti islamofoblardan ibarət bir təşkilatdır. Bu, Şərqə və müsəlman-türk dünyasına baxışdakı ayrı-seçkilik xəttini həyata keçirir.

Nəticə

Müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin geosiyasi maraqları tez-tez ədalət və beynəlxalq hüquq prinsiplərinin üstündən xətt çəkir. Belə mürəkkəb qlobal mühitdə Azərbaycan milli maraqlarını, mənəvi dəyərlərini qorumaqla sivilizasiyalararası dialoqa əsaslanan müstəqil siyasət nümunəsi ortaya qoyur.

Prezident İlham Əliyev çıxışında qeyd olunan prizmalardan uğurlu geosiyasətin mənəvi dəyərlərdən və tarixi köklərdən ayrı təsəvvür edilmədiyini göstəri. Dövlətimizin başçısı bununla da geosiyasətin etikası barədə mühüm yanaşmalar sərgiləyir.

Azərbaycan müsəlman coğrafiyasında mövcud olan gərginlikləri aradan qaldırmağa, İslam həmrəyliyini gücləndirməyə və ortaq maraqlar ətrafında vahid cəbhə yaratmağa çalışır.

Ermənistan-Azərbaycan münaqişəsi dövründə səssiz qalan beynəlxalq qurumlar ölkəmiz suverenliyini bərpa etdikdən sonra açıq təzyiq və sanksiya siyasətinə keçiblər. Bu, onların ikili standartlarına aid təkzibedilməz faktdır.

Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarlar bu təşkilatların islamofob mahiyyətini və maliyyə-lobbi maraqlarından asılılığını açıq şəkildə nümayiş etdirir. Azərbaycana qarşı kampaniyaları icra edən qurumların özləri isə indi institusional böhran keçirirlər.

Beləliklə, Azərbaycan zəngin tarixi-mədəni irsinə güvənərək, qlobal müstəvidə ədalətsizliklərə qarşı barışdırıcı və prinsipial mövqeyini qətiyyətlə qoruyur.

Müəllif – Aqşin Kərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri