Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bu gün regionun mühüm siyasi mərkəzlərindən birinə çevrilib ŞƏRH
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 23 dekabr, AZƏRTAC
Prezidenti İlham Əliyev həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə hər kəsin rəğbətini və hörmətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, hər zaman güclü və müstəqil Azərbaycan naminə çalışıb. Milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və xalq sevgisi Prezidentin lider kimi əsas keyfiyyətləridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Nigar Məmmədova deyib.
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra uğurla reallaşan antiterror əməliyyatları nəticəsində isə dövlət suverenliyimiz bərqərar edildi. Azərbaycanın əldə etdiyi böyük Qələbə ilə regionda erməni faşizminin başı əzildi, burada öz maraqlarını bərpa etmək istəyən destruktiv güclərin planı alt-üst oldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır. Dövlət başçısı bu Qələbə ilə Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi.
Milli Məclisin deputatı bildirib ki, artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Cənubi Qafqazda bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirdi.
N.Məmmədova, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin qurduğu iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynayır. Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.
Onun sözlərinə görə, son 5 ildə Prezident azad olunmuş ərazilər üzrə çoxsaylı tədbirlərdə iştirak edib, müxtəlif təyinatlı layihələrin təməlini qoyub, yeni infrastruktur layihələrinin açılışını edib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib. Ölkə başçısının daim vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə strateji əhəmiyyətini artırmış, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib”, - deyə N.Məmmədova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















