Icma.az
close
up
RU
“İlham Əliyevin həyata keçirdiyi siyasət artıq fenomenə çevrilib” Jalə Əliyeva

“İlham Əliyevin həyata keçirdiyi siyasət artıq fenomenə çevrilib” Jalə Əliyeva

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Amerika Birləşmiş Ştatlarında keçirilmiş mühüm tarixi görüşlərdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan prezidentinə Ağ Evin açarı təqdim edildi. Bu təqdimatdan əvvəl baş tutan müsahibə və dialoq səmimi, etimadverici notlar üzərində qurulmuşdu. Trampın Azərbaycan prezidenti haqqında söylədiyi fikirlər və ifadələr, bütövlükdə ölkəmizdə uğurla həyata keçirilən siyasətə, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə verilən yüksək qiymətin ifadəsidir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə Ağ Evin açarını təqdim etməsindən danışarkən bildirdi.

“Azərbaycan bu etimadı güclü siyasəti, həm ölkə daxilində, həm də bölgə və dünya miqyasında sülh arzusu ilə qazanıb. Donald Trampın seçkiqabağı proqramı və prezidentliyi dövründə verdiyi bəyanatlar, atdığı addımlar sülhpərvər missiyasını nümayiş etdirirdi. Azərbaycanın bu istiqamətdəki uğurlu addımları da ABŞ baxımından ölkəmizə etibarlı tərəfdaş statusu qazandırdı. Bu gün Prezident İlham Əliyevə dünyanın fövqəl dövlətində göstərilən etimad, hörmət və ehtiram yüksək qiymətləndirilməlidir”.

Deputat əlavə etdi ki, İlham Əliyevin həyata keçirdiyi siyasət artıq fenomenə çevrilib və bu, dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunur. 

“Dəyişən dünya şərtləri fonunda, ABŞ-də uzun illər münaqişə şəraitində olduğumuz, daha sonra isə böyük qələbəmizlə başa çatan müharibədən sonra sülh müqaviləsinin imzalanması məqsədilə aparılan danışıqlar tarixi əhəmiyyət daşıyır. Ermənistan rəhbərliyi ilə keçirilən görüşlərdə sülh müqaviləsinin ilkin şərtlərinin razılaşdırılması, Azərbaycanın irəli sürdüyü əsas tələblərin, o cümlədən ATƏT-in Minsk qrupunun ləğvinin qəbul edilməsi, yeni kommunikasiya xətlərinin açılması istiqamətində razılıq əldə olunması, 907-ci düzəlişin ləğvi bütün bunlar müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir”.

Müsahibimiz əlavə etdi ki, xalq, dövlət və ölkə olaraq bu hadisələrdən qürur duyuruq. 

“Siyasi baxımdan bu, Azərbaycanın artıq regionda deyil, dünyada da tanınan, etibar edilən, əhəmiyyətli bir ölkə statusunu qazanması deməkdir. Prezident İlham Əliyev isə dünya liderləri sırasında önəmli və nüfuzlu mövqedə yer alır. Bu, hər birimiz üçün fəxr mənbəyidir. Yolumuz açıq olsun, inanıram ki, qələbələrimizin sayı bundan sonra daha da artacaq”, - deyə Jalə Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri