Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Özbəkistana səfəri Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərir ŞƏRH

Prezident İlham Əliyevin Özbəkistana səfəri Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Özbəkistana səfəri Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında artıq strateji xarakter alan əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak Azərbaycanın bu regionun siyasi və iqtisadi proseslərində mühüm tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Xəzər dənizi iki məkan arasında fiziki sərhəd deyil, əksinə, birləşdirici strateji körpü rolunu oynayır və Prezident İlham Əliyevin müsahibəsində də qeyd olunduğu kimi, Azərbaycan bu regionu vahid geosiyasi və tarixi-mədəni məkan kimi görür.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, son illərdə dövlət başçıları arasında intensiv siyasi dialoq münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirir:”Təkcə son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana 30-a yaxın səfəri, həmçinin Prezident İlham Əliyevin 13 səfəri qarşılıqlı etimadın dərinliyinin göstəricisidir. Bu dinamikanın mərkəzində, şübhəsiz ki, Azərbaycan–Özbəkistan münasibətləri dayanır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin son 1 il yarım ərzində Azərbaycana 5 dəfə səfəri, imzalanan müttəfiqlik sənədləri və qarşılıqlı “Yol Xəritəsi” ölkələr arasında strateji inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir”.

Politoloq vurğulayıb ki, iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələr də siyasi yaxınlığın real təzahürüdür:”Ticarət dövriyyəsinin sürətlə artması, investisiya şirkətinin yaradılması, Azərbaycanda fəaliyyət göstərən özbək kapitallı şirkətlərin çoxalması və Xankəndidə birgə tikiş fabrikinin açılması həm iqtisadi, həm də simvolik məna daşıyır. Azərbaycan vasitəsilə Orta Dəhliz boyunca tranzit daşımalarının artması isə ölkənin Mərkəzi Asiya üçün əsas qapı və logistika mərkəzinə çevrildiyini göstərir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Bakı-Tbilisi-Qars xətti, genişləndirilən hava reysləri və Zəngəzur dəhlizinin yaxın perspektivdə açılması bütün region üçün yeni nəqliyyat xəritəsi formalaşdırır”.

Züriyə Qarayeva deyib ki, enerji sahəsində Azərbaycan–Qazaxıstan–Özbəkistan üçtərəfli əməkdaşlığı Mərkəzi Asiyada yaşıl enerji və elektrik inteqrasiyası istiqamətində yeni reallıq yaradır. Bu, regionun həm enerji təhlükəsizliyinə, həm də bərpaolunan enerji potensialına töhfə verir. Mədəni-humanitar əməkdaşlıq isə iki xalq arasında yaxınlığın dərin, tarixi əsaslara söykəndiyini göstərir:”Qarabağda Mirzə Uluqbəy adına məktəbin tikintisi, qarşılıqlı Mədəniyyət Günləri, şəhərlərarası qardaşlaşma layihələri və U-20 Dünya Çempionatına ev sahibliyi təşəbbüsü xalqlar arasında münasibətləri institusional səviyyədə möhkəmləndirir. Daşkənddə Heydər Əliyev meydanı və Bakıda salınan “Özbəkistan” parkı isə bu qardaşlığın rəmzi ifadələridir”.

Politoloqun sözlərinə görə, bu səfər həm Azərbaycan–Özbəkistan, həm də Azərbaycan–Mərkəzi Asiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. “Regional təhlükəsizlik, nəqliyyat şəbəkələri, enerji inteqrasiyası və türk birliyi çərçivəsində əməkdaşlıq perspektivləri iki ölkənin qarşıdakı illərdə daha sıx siyasi və iqtisadi sinxronlaşma yolu ilə irəliləyəcəyini göstərir. Prezident İlham Əliyevin səfəri siyasi, iqtisadi və humanitar müstəvidə bu strateji xəttin davamlı olduğunu bir daha təsdiqlədi",- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri